xəbər portalı

    Ukraynalı analitik: Mülki şəxslərin öldürülməsi separatizm və terrorizmdir

    Bölmə: Dünya Dərc olunan tarixi: 13-07-2017, 10:17
    Ukraynalı analitik: Mülki şəxslərin öldürülməsi separatizm və terrorizmdirMülki şəxslərin öldürülməsi separatizm və terrorizm əməlidir.

    Trend-in məlumatına görə, bu barədə ukraynalı analitik Yuri Rayxelinin Ukraynanın tanınmış “Politeka.net” informasiya portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərc olunmuş məqaləsində bildirilir.

    Məqalədə erməni silahlılarının açdığı atəş nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində biri uşaq olmaqla, Azərbaycanın iki mülki şəxsinin öldüyü qeyd olunur.

    Müəllif yazır ki, Dağlıq Qarabağ probleminin həlli region və digər ölkələrin ticarət, iqtisadi əlaqələrinin inkişafına təsir edər: "Problemin həlli nəticəsində Cənubi Qafqaz ölkələrinin ticarət malları Xəzər və Qara dəniz vasitəsilə daşına bilər ki, bu da Ukrayna bazarına müsbət təsir edər. Ona görə də Dağlıq Qarabağ probleminin həlli Ukraynanın da maraqlarına xidmət edir".

    Analitik yazır ki, Cənubi Qafqaz strateji region olduğu üçün bura həmişə xarici dövlətlərin maraq dairəsində olub.

    Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Fransada yaşayan azərbaycanlılar Alxanlı faciəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

    Fransanın Nant şəhərində yaşayan azərbaycanlılar Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi növbəti təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət edib....

    Erməni qoşunlarının dinc azərbaycanlılara qarşı növbəti təxribatı “Opinion Internationale” nəşrinin gündəmində

    Fransanın “Opinion Internationale” nəşri erməni qoşunlarının Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin ölümü ilə nəticələnmiş növbəti təxribatı haqqında məqaləni baş xəbər kimi dərc edib....

    İstanbulda Alxanlı faciəsi ilə bağlı etiraz yürüşü keçirilib

    Türkiyədə fəaliyyət göstərən İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi (İSTAD) üzvləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi təxribatla əlaqədar, İstanbulda...

    BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır

    BMT-də Dağlıq Qarabağda gərginliyin artmasından narahatdırlar. Trend-in məlumatına görə, bunu brifinqdə BMT-nin mətbuat katibi Stefan Düjarrik bəyan edib....

    Avropa Parlamentinin üzvləri Ermənistandan mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırmağı tələb ediblər

    Avropa Parlamentinin üzvləri fransalı Rəşidə Dati, sloveniyalı İvo Vayql və latviyalı İveta Qriqule Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat barədə mətbuata açıqlama...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.