xəbər portalı

    Haaqada erməni təxribatı ilə bağlı azərbaycanlıların etiraz aksiyası keçirilib

    Bölmə: Dünya Dərc olunan tarixi: 12-07-2017, 10:21
    Haaqada erməni təxribatı ilə bağlı azərbaycanlıların etiraz aksiyası keçirilibİyulun 11-də Niderland Krallığında yaşayan azərbaycanlılar tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndində törətdikləri təxribata etiraz əlaməti olaraq aksiya keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ermənistanın Haaqa şəhərində yerləşən səfirliyi qarşısında keçirilən aksiyada diaspor təşkilatlarının nümayəndələri, Niderlandda yaşayan soydaşlarımız iştirak ediblər. Etiraz aksiyasında “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndirilib.

    Aksiya iştirakçıları dünya birliyini Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin həyatını itirməsi ilə nəticələnən təxribatlarına münasibət bildirməyə çağırıblar.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Fransada yaşayan azərbaycanlılar Alxanlı faciəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

    Fransanın Nant şəhərində yaşayan azərbaycanlılar Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi növbəti təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət edib....

    Münhendə ermənilərin Alxanlıdakı təxribatı ilə bağlı etiraz aksiyası keçirilib

    Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində növbəti təxribatına etiraz olaraq, Almaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilib....

    İstanbulda Alxanlı faciəsi ilə bağlı etiraz yürüşü keçirilib

    Türkiyədə fəaliyyət göstərən İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi (İSTAD) üzvləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi təxribatla əlaqədar, İstanbulda...

    Ermənilərin təxtribatı ilə əlaqədar bu gün Vaşinqton və Nyu Yorkda etiraz aksiyaları keçiriləcək

    ABŞ-da yaşayan soydaşlarımız iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilən Ermənistan Silahlı Qüvvələrinin dinc sakinlərin həlak olması və yaralanması ilə nəticələnən təxribatına etiraz olaraq...

    Brüsseldə Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında növbəti erməni təxribatı ilə əlaqədar aksiya keçiriləcək

    Avropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsinə etiraz əlaməti olaraq, Brüsseldə Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.