xəbər portalı

    Erməni qoşunlarının dinc azərbaycanlılara qarşı növbəti təxribatı “Opinion Internationale” nəşrinin gündəmində

    Bölmə: Dünya Dərc olunan tarixi: 8-07-2017, 16:53
    Erməni qoşunlarının dinc azərbaycanlılara qarşı növbəti təxribatı “Opinion Internationale” nəşrinin gündəmindəFransanın “Opinion Internationale” nəşri erməni qoşunlarının Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin ölümü ilə nəticələnmiş növbəti təxribatı haqqında məqaləni baş xəbər kimi dərc edib.

    Trend-in məlumatına görə, məqalədə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rolu nəzərdən keçirilir.

    Məqalədə xüsusilə vurğulanır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, dünya ictimaiyyəti tərəfindən qəbul edilib.

    Məqalədə həmçinin, fransalı parlamentarilərin Ermənistana təzyiq göstərmək çağırışı ilə bağlı ölkə prezidenti Emmanuel Makrona ünvanlanmış müraciətin mətni də yer alıb.

    Müraciətin tam mətni: https://az.trend.az/azerbaijan/politics/2774888.html

    Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    İstanbulda Alxanlı faciəsi ilə bağlı etiraz yürüşü keçirilib

    Türkiyədə fəaliyyət göstərən İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi (İSTAD) üzvləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi təxribatla əlaqədar, İstanbulda...

    Fransalı deputat: BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirməli və Ermənistanın dinc sakinlərə hücumunu pisləməlidir

    BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirməli və Ermənistanın dinc sakinlərə hücumunu pisləməlidir....

    BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır

    BMT-də Dağlıq Qarabağda gərginliyin artmasından narahatdırlar. Trend-in məlumatına görə, bunu brifinqdə BMT-nin mətbuat katibi Stefan Düjarrik bəyan edib....

    Brüsseldə Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında növbəti erməni təxribatı ilə əlaqədar aksiya keçiriləcək

    Avropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsinə etiraz əlaməti olaraq, Brüsseldə Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında...

    Le Monde: Azərbaycanlı uşağın ölümü Ermənistanın təcavüzkar siyasətinin nəticəsidir

    "Zəhra adlı azyşalı azərbaycanlı davam edən Dağlıq Qarabağ münaqişəsinin növbəti qurbanına çevrildi. Təxribatları davam etdirən Ermənistan uşağın və onun nənəsinin ölümündə birbaşa məsuliyyət daşıyır"....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.