xəbər portalı

    İspaniya mediası: Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı hücumları sistematik xarakter alıb (FOTO)

    Bölmə: Dünya Dərc olunan tarixi: 8-07-2017, 16:40
    İspaniya mediası: Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı hücumları sistematik xarakter alıb (FOTO)İspaniyanın böyük oxucu kütləsinə malik “La Razon” qəzetində Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc azərbaycanlıların ölümünə səbəb olan təxribatı ilə bağlı məqalə dərc olunub.

    Trend-in məlumatına görə, “Azərbaycanla Ermənistan arasındakı sərhəddə gərginlik artır: Rəsmi Bakı Füzulidə iki insanın ölümünə səbəb olan son hücumu pisləyir” adlı məqalədə iyulun 4-də baş verən dəhşətli faciədən - Ermənistan silahlı qüvvələrinin 82 və 120 millimetrlik minomyotlardan və dəzgahlı qumbaraatanlardan Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyevanın və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması faktından danışılır.

    Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin açıqlamasına istinad edilərək, Ermənistan silahlı qüvvələrinin bu təxribatının vandalizm aktı olaraq, Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut etdiyi vurğulanır. Həmçinin, cəbhə xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və yaşlıların olduğu azərbaycanlı mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və hədəflənən hücumların edilməsinin sistematik xarakter daşıdığı və Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa yönələn hücumlarının, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə Konvensiyası və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair konvensiyaların ciddi şəkildə pozulduğu bildirilir.

    Məqalədə eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda, Ermənistan tərəfinin azərbaycanlı mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atdığı, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğunun münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olduğu qeyd olunur.

    Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Erməni qoşunlarının dinc azərbaycanlılara qarşı növbəti təxribatı “Opinion Internationale” nəşrinin gündəmində

    Fransanın “Opinion Internationale” nəşri erməni qoşunlarının Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin ölümü ilə nəticələnmiş növbəti təxribatı haqqında məqaləni baş xəbər kimi dərc edib....

    İstanbulda Alxanlı faciəsi ilə bağlı etiraz yürüşü keçirilib

    Türkiyədə fəaliyyət göstərən İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi (İSTAD) üzvləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi təxribatla əlaqədar, İstanbulda...

    İtalyan siyasətçi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı təcavüzünü pisləyib

    İtaliya parlamentinin Deputatlar Palatasının üzvü Xalid Çauki Ermənistan silahlı qüvvələrinin iyulun 4-də təxribatı nəticəsində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətləri pisləyən bəyanat verib....

    Avropa Parlamentinin üzvləri Ermənistandan mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırmağı tələb ediblər

    Avropa Parlamentinin üzvləri fransalı Rəşidə Dati, sloveniyalı İvo Vayql və latviyalı İveta Qriqule Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat barədə mətbuata açıqlama...

    Azərbaycan XİN: “Bundan sonra bütün məsuliyyət Ermənistanın üzərinə düşür”

    Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) cəbhədəki vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaranlanması ilə əlaqədar bəyanat yayıb....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.