xəbər portalı

    Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılır

    Bölmə: Dünya Dərc olunan tarixi: 5-06-2017, 13:10
    Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılır
    Türkiyə Daxili İşlər Nazirliyi "Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) lideri Fətullah Gülən də daxil olmaqla, 130 nəfərin Türkiyə vətəndaşlığından məhrum edilməsinə qərar verib.

    APA-nın məlumatına görə, bu barədə qərar “Resmi gazete”də dərc edilib.

    Vətəndaşlıqdan məhrum edilənlər sırasında Xalqların Demokrat Partiyasının iki millət vəkili – Fayzal Sarıyıldız və Tuğba Hezer də var. Qərarda qeyd edilir ki, Türkiyə Cinayət Məcəlləsinə əsasən xaricdə olan və haqlarında təhqiqat aparılan şəxslər vətəndaşlıqdan xaric olunmaları barədə qərarın elan olunmasından sonra 3 ay ərzində Türkiyəyə dönməzlərsə və rəsmi orqanlara müraciət etməzlərsə, vətəndaşlıqdan məhrum ediləcəklər.

    Qeyd edək ki, F. Gülən 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilində günahlandırılır.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Türkiyədə 35 jurnalistin tutulması barədə qərar verildi

    İstanbul Prokurorluğu Fətullah Gülən Terror Təşkilatı adı altında başladılmış cinayət işi ilə bağlı 35 jurnalistin tutulması barədə qərar çıxarıb....

    Türkiyə Gülən üçün ABŞ-a daha bir sorğu göndərdi

    Türkiyə Fətullah Gülənin ektradisiyası üçün ABŞ-a daha bir sorğu göndərib....

    "Petkim"də Gülən tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirilir

    Türkiyənin "Petkim" neft-kimya kompleksində Fətullah Gülən hərəkatı tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirilir....

    Türkiyədə Gülən sponsorlarının “ovu” başlayır

    Hökumət 15 iyul çevrilişinin təşkilində ittiham olunan nurçuluq təriqətinin lideri Fətullah Gülən ilə bağlı bütün şirkətlər bağlayır....

    Türkiyə və ABŞ müdafiə nazirlərinin Fətullah Gülən müzakirəsi

    Türkiyənin milli müdafiə naziri Fikri Işık ilə ABŞ müdafiə naziri Eşton Karter arasında telefon danışığı olub....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.