xəbər portalı

    Londondakı terakta görə 12 nəfər tutulub

    Bölmə: Dünya Dərc olunan tarixi: 4-06-2017, 18:00
    Londondakı terakta görə 12 nəfər tutulub
    Böyük Britaniya polisi Londonda törədilmiş terror aktlarında şübhəli bilinən 12 nəfəri saxlayıb.

    Bu haqda Skotland Yardın məlumatında bildirilib.

    Qeyd edilib ki, şübhəli şəxslər Londonun şərqində Barkinq şəhərində əməliyyat zamanı həbs ediliblər.

    Məlumata görə, hazırda xüsusi xidmət orqanları terrorçuların birinin evində axtarış aparır.

    Qeyd edək ki, bu gecə Böyük Britaniyanın paytaxtı Londonda silsilə terror aktları törədilib. Əvvəlcə “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Ardınca Londonun Boro rayonunda bıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib. Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs bıçaqla insanlara hücum edib.

    Polis “London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin terror aktı olduğunu rəsmi təsdiqləyib.

    Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər yaxın isə xəstəxanaya yerləşdirilib.
    //AzVision.azскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Türkiyə Londondakı terroru pislədi

    Türkiyə XİN Britaniyada paytaxtının mərkəzində London-bric və Boro-marketdə bazarında terror aktlarını qətiyyətlə pisləyib....

    XİN: Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda terror aktı ilə bağlı vəziyyəti araşdırır

    Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda terror aktı zamanı yaralananlar arasında azərbaycanlıların olduğunu aydınlaşdırmaq məqsədilə müvafiq qurumları ilə mütəmadi əlaqə saxlayır....

    Tramp Londonda baş verən terror aktların araşdırılmasında öz yardımını təklif edib

    ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Tereza Meyə Londonda baş verən silsilə terror aktların araşdırılmasında öz yardımını təklif edib....

    Londonda baş vermiş insident zamanı bir neçə nəfər ölüb, yaralılar var - VİDEO

    Londonun mərkəzindəki körpüdə sürücü mikroavtobusu piyadaların üzərinə sürüb....

    Bakıdakı bir sıra səfirliklərdə bayraqlar endirilib

    Böyük Britaniyanın paytaxtı Londonda martın 22-də törədilən terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində Britaniyanın dövlət bayrağı yarıyadək endirilib. Bu barədə "Report"a Böyük Britaniyanın Azərbaycandakı...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.