xəbər portalı

    Azərbaycandakı ruslar Putinə müraciət etdi

    Bölmə: Dünya Dərc olunan tarixi: 3-06-2017, 15:00
    Azərbaycandakı ruslar Putinə müraciət etdi
    Azərbaycan Rus İcmasının rəhbəri başda olmaqla, ölkənin rusdilli əhalisini birləşdirən bir sıra ictimai təşkilatların rəhbərləri Ümumrusiya Azərbaycan Konqresinin bağlanması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar.

    Onlar Rusiya Ali Məhkəməsinin ÜAK-ın bağlanması ilə bağlı mayın 15-də çıxardığı qərardan ciddi narahatlıq ifadə ediblər: "Biz anlayırıq ki, bu qərar siyasi xarakter daşımır və iki ölkə arasında münasibətlərə heç cür mənfi təsir etməyəcək. Azərbaycanda yaşayan rusiyalı həmvətənlilər ölkənin ali rəhbərliyinin və bütün Azərbaycan cəmiyyətinin rus dilinin qorunması, millətlərimizin mədəniyyət və ənənələrinin dəstəklənməsi və inkişafı istiqamətindəki qayğıkeş münasibətini yüksək qiymətləndirir. Biz ölkələrimiz arasında mövcud olan münasibətlərdən çox məmnunuq. Onun əsasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənəsi, bir-birinin maraqlarına hörmət dayanır”.
    Müraciətdə bildirilir ki, son illər iki ölkə prezidenti arasında qarşılıqlı ehtiram, səmimiiyyət və etimad əlaqələri formalaşıb: "Biz ölkələrimizin inkişafına yönəlmiş daxili və xarici siyasəti, həmçinin iki ölkə arasında dost və qonşuluq münasibətlərinin inkişafı və dərinləşməsinə yönəlmiş siyasəti dəstəkləyirik. Əminik ki, Ümumrusiya Azərbaycan Konqresi hər zaman öz fəaliyyətini Rusiya qanunları çərçivəsində həyata keçirib. Rusiyada ictimai-siyasi sabitlik, ölkənin siyasi quruluşuna loyallıq təşkilatın fəaliyyətinin dəyişməz prioriteti olub. Ali Məhkəmənin qərarına dərin hörmətlə yanaşaraq sizdən xahiş edirik ki, məhkəmənin qərarının yumşaldılması və ÜAK-ın fəaliyyətindəki təşkilati və digər çatışmazlıqların aradan qaldırılması, yeni Nizamnamənin qəbuluna təkan verəcək növbədənkənar qurultayının çağırılması üçün imkan və zamanın verilməsinə köməklik göstərəsiniz”.
    Sənədi Azərbaycandakı Rus İcmasının sədri, Milli Məclisin üzvü Mixail Zabelin, "Sodrujestvo" Respublika Cəmiyyətinin, Rus Mədəniyyət Mərkəzinin, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyasının, Azərbaycan Rus Gəncliyi Assosiasiyasının, "Samur" Ləzgi Milli Mərkəzinin, Leninqrad Mühasirəsi İştirakçıları Assosiasiyasının, "Tuqan Tel" Tatar Mədəniyyət Cəmiyyətinin rəhbərləri, eləcə də Azərbaycan kazaklarının atamanı imzalayıblar.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Almaniyadakı azərbaycanlılar Putinə müraciət edib

    Almaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatları – Drezdendəki Alm.Az Cəmiyyəti, Saksoniya-Anhaltdakı Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti və Avropa Əməkdaşlıq Forumu Təşkilatı İdarə Heyətinin üzvləri...

    Dövlət Komitəsi: Rusiyada anti-Azərbaycan qrupları ÜAK-ın ləğvi üçün xüsusi fəallıq göstərir

    Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi üçün məhkəməyə göstərilən təzyiqlərlə bağlı etiraz bəyanatı yayıb....

    İlham Əliyev Vladimir Putinə yazdı

    Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayıb. Prezidentin rəsmi saytının məlmatına görə məktubda deyilir: "Hörmətli Vladimir Vladimiroviç. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası...

    Azərbaycan-Türkiyə siyasi məsləhətləşmələri keçirildi

    Bakıda Azərbaycan-Türkiyə XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib....

    Rusiya Azərbaycanla sərnişin və yük daşımalarının artırılmasında maraqlıdır - EKSKLÜZİV

    "Rusiya və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq mövcud müqavilələr və razılaşmalar əsasında həyata keçirilir....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.