xəbər portalı

    Fransa Əliyev və Sarkisyanın görüşünü təşkil etmək istəyir

    Bölmə: Dünya Dərc olunan tarixi: 1-06-2017, 11:55
    Fransa Əliyev və Sarkisyanın görüşünü təşkil etmək istəyir
    "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində həmişə aktiv iştirak edir"
    "News.am” xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye bu gün keçirdiyi mətbuat konfransında deyib.

    Səfirin sözlərinə görə, həmsədrlər mütəmadi olaraq hər iki ölkənin prezidentləri və XİN rəhbərləri ilə əlaqə saxlayır.

    Diplomat vurğulayıb ki, təxminən 10 gündən sonra həmsədrlər regiona səfər edəcəklər.

    Səfir, həmçinin deyib ki, Minsk qrupunun missiyası həll yolunu tapmağa imkan verəcək şərtlərin yaradılmasıdır, lakin qərarı tərəflərin özləri verməlidir: "Qərar qəbul etmək hüququ münaqişə tərəflərinə məxsusdur”.

    Şarpantyenin sözlərinə görə, mart ayında baş tutan Sarkisyan və Olland görüşü zamanı Dağlıq Qarabağ məsələsinə də toxunulub və Fransa prezidenti bir daha görüş təşkil etmək və tərəfləri qəbul etməyə hazır olduğunu bəyan edib.

    Jurnalistlərin yaxın bir–iki il ərzində Qarabağ münaqişəsinin həll edilib-edilməyəcəyinə dair sualını cavablandıran səfir qeyd edib ki, bilinən üç prinsipə əsaslanan və tərəfləri qane edəcək hərtərəfli həll yolunun tapılması üçün hər şey edilməlidir.

    "Həm insani, həm də siyasi mövqedən həmişə atəşkəs rejiminin pozulması şəratində yaşamaq olmaz. Status-kvo davam edə bilməz”. /azvision.azскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Həmsədrlər İrəvan və Xankəndiyə səfər edəcək

    ATƏT-in Minsk qrupunun həmsədrləri iyun ayında İrəvan və Xankəndiyə səfər edəcək....

    Avropa İttifaqı: "Qarabağ münaqişəsi təcili həll olunmalıdır"

    Avropa İttifaqı (Aİ) status-kvonun davamlı olmadığı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır....

    Fransalı nazir: “Dağlıq Qarabağ münaqişəsində status-kvo bizə uyğun deyil”

    “Biz hərbi əməliyyatların olmasını istəmirik. Rusiya və Amerika ilə birlikdə Fransa Minsk qrupuna həmsədrlik edir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə danışıqlar vasitəsilə, sülh yolu ilə həllini tapsın. Əlbəttə,...

    Avstriya Qarabağ danışıqlarında vasitəçi olmaq istəyir

    “Avstriya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün Ermənistan və Azərbaycan arasında vasitəçilik etməyə hazırdır” ....

    Ceyms Uorlik: ABŞ münaqişənin nizamlanmasına kömək etməyə hazırdır

    ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla danışıqlar aparıb....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.