xəbər portalı

    ABŞ Senatının qərarı İranda etirazla qarşılanıb

    Bölmə: Dünya Dərc olunan tarixi: 2-12-2016, 14:22
    ABŞ Senatının qərarı İranda etirazla qarşılanıbABŞ Senatının birtərəfli qaydada İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyaları daha 10 il müddətinə uzadılması haqqında qərarı “Nüvə anlaşması” ilə yanaşı, beynəlxalq qanunlara da ziddir.
    Bu sözləri İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi Tehranda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, İran ilə Qərb dövlətləri arasında 2015-ci ilin iyununda razılıq əldə olunaraq sənəd imzalanıb. İmzalanan sənədə əsasən, İrana qarşı tətbiq olunan beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı, bunun müqabilində isə İran nüvə proqramını məhdudlaşdırmalıdır. İran razılığa əsasən üzərinə düşən öhdəliyi yerinə yetirsə də, ABŞ bunu etmir.
    Xatırladaq ki, ABŞ Senatı İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları 10 il müddətinə uzadılması haqqında qanun layihəsini qəbul edərək Ağ Evə təqdim edib. Lakin bu qanunun qəbul edilib edilməyəcəyi məsələsi də müəmmalıdır. Qeyd edək ki, noyabrda ABŞ-da prezident seçkiləri keçirilib və Donald Tramp qalib gəlib. Lakin D.Tramp öz səlahiyyətlərini andiçmə mərasimindən sonra həyata keçirməyə başlayacaq. Andiçmə mərasimi isə yanvarın 20-də keçiriləcək. Hələlik isə ABŞ-ın Prezidenti Barak Obamadır. Yanvarın 20-nə qədər B.Obamanın bu qanunu imzalayıb və yaxud geri qaytaracağını isə zaman göstərəcək.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    `İran ABŞ-a sanksiya tətbiq edəcək` - Xamenei

    İranın ali dini lideri Əli Xamenei bəyan edib ki, ABŞ-ın İrana qarşı sanksiyaların müddətini daha 10 il artırması nüvə razılaşmasının pozulması anlamına gəlir....

    Tramp inauqurasiyadan sonra Rusiyaya səfər edəcək

    ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən sonra Rusiyaya səfər edəcək...

    ABŞ İrana qarşı sanksiyaları yumşaldıb

    ABŞ xarici şirkətlərin bizneslə məşğul olmasını sadələşdirərək İrana qarşı sanksiyaları yumşaldıb....

    ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

    Məhdudiyyətlər siyahısına daha 81 şirkət və təşkilat əlavə olunub...

    Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları uzatdı

    Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları uzadıb....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.