xəbər portalı

    Moskva azərbaycanlıları hüquqlarının qorunması xahişi ilə Vladimir Putinə məktub yazıblar

    Bölmə: Dünya Dərc olunan tarixi: 4-11-2016, 15:11
    Moskva azərbaycanlıları hüquqlarının qorunması xahişi ilə Vladimir Putinə məktub yazıblar Moskva. 4 noyabr. REPORT.AZ/ "Rusiya Müftilər Şurası Moskvada yaşayan azərbaycanlılara paytaxtın Cümə məscidində toplaşmaq hüququ verilməsindən imtina edib".
    Bunu "Report"a açıqlamasında "Əhli-Beyt" İctimai Təşkilatının sədri Nizami Baloğlanov deyib.
    Onun sözlərinə görə, "Əhli-Beyt" təşkilatı baş verənləri aydınlaşdırmaq və azərbaycanlı möminlərin hüquqlarının müdafiəsi üçün Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib.
    "Əsrlər boyu Rusiyada sünni və şiələrin yığcam yaşadığı yerlərdə müsəlmanlar məzhəblərə ayırmadan bir-birinə tolerant münasibət göstərib və dini ayinlərini növbə ilə yerinə yetiriblər. Əhalisinin 15%-ni azərbaycanlıların təşkil etdiyi Moskva şəhəri tolerantlıq ənənələrinin tam əks olunduğu yer olmalıdır" - məktubda deyilir.
    Təşkilatdan bildiriblər ki, müəyyən təşkilatlar və bir qrup insan məscid administrasiyası və müftiliyin rəhbərliyinin xəbəri olmaqla qəsdən Moskva Cümə Məscidində müsəlmanlar arasına nifaq toxumları səpir.
    Qeyd edək ki, azərbaycanlıların Cümə Məscidində toplaşmasının qadağan edilməsindən sonra Rusiya Müftilər Şurası həmvətənlərimizə Məhərrəm ayı ilə əlaqədar matəm ayinlərinin İran səfirliyi yanında mədəniyyət mərkəzində keçirilməsini təklif edib.
    Məktubda bu məsələyə də toxunulub: "Biz - Rusiya vətəndaşları azad dini etiqad üzrə konstitusional hüququmuzun bərpa edilməsi üçün xarici ölkənin səfirliyinə müraciət etməliyik. Fikrimizcə, bu yanaşma məzhəblər arasında ayrıseçkilik yaranmasına gətirib çıxara və cəmiyyətdə sabitliyi pozan amil ola bilər".
    Xatırladaq ki, 2016-cı il oktyabrın 4-də axşam saatlarında Moskva Cümə Məscidində azərbaycanlılara qarşı təxribat törədilib. Bir qrup gənc azərbaycanlılardan məscidi boşaltmağı tələb edib. Nəticədə hadisə yerinə xüsusi təyinatlı dəstə çağırılıb və şiələr onların nəzarəti altında məscidi tərk edib. Bundan sonra azərbaycanlıları Cümə Məscidinı buraxmayıblar. Hərçənd "Əhli-Beyt" təşkilatının sədri N.Baloğlanova Məhərrəm ayından sonra azərbaycanlıların əvvəlki qaydada cümə namazlarını burada qıla biləcəkləri vədi verilib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Rusiya XİN Qarabağ üzrə Moskva məsləhətləşmələrini şərh etdi

    ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq imkanları müzakirə edilib....

    Nəşriyyat “Azadlıq” qəzetinin çapından imtina etdi

    "Azərbaycan" Nəşriyyatı "Azadlıq" qəzetinin çap edilməsindən imtina edib....

    Moskva çayından cəsədi tapılan şəxs azərbaycanlı imiş...

    Moskva çayından ötən həftə cəsədi tapılan şəxsin azərbaycanlı olduğu müəyyənləşib....

    İsrail Beyt Xanın sərhəd qapısını açır

    İsrail 2007-ci ildən bu yana ilk dəfə Qəzzaya Beyt Xanın sərhəd qapısından avtomobil girişinə icazə verəcək...

    Putin müsəlmanları təbrik etdi

    Rusiyanın paytaxtı Moskvada minlərlə müsəlman Ramazan bayramı ilə əlaqədar küçələrə çıxıb....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.