xəbər portalı

    Soltan bəy Soltanovun xatirəsinə həsr olunmuş turnir keçirilib

    Bölmə: İdman Dərc olunan tarixi: 17-07-2017, 16:20
    Soltan bəy Soltanovun xatirəsinə həsr olunmuş turnir keçirilibİdman turnirinin asçılışında Alpaqut Federasiyasının baş katibi Rafiq Qasımov federasiyanın prezidenti Aqil Acalova raport verib. Raportun verilməsinin ardınca, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yarış açıq elan olunub.
    Alpaqut Federasiyasının prezidenti Aqil Acalov çıxış edərək bildirib ki, federasiya bir daha öz ənənəsinə sadiq qalaraq, idmançılar arasında vətənpərvərlik ruhunun təbliğatı çərçivəsində uğurlu tədbirlərini davam etdirir və hazırkı turnirin də keçirilməsində əsas məqsəd, 1905-1906-cı illərdə Qarabağ bölgəsində, xüsusilə Laçın və Şuşada ermənlərin azərbaycanlılara qarşı törətmək istədikləri vəhşi cinayətlərinin qarşısını alan Azərbaycan xalq qəhrəmanı Soltan bəy Soltanovun əziz xatirəsini yad etməkdən ibarət olub. “Biz, gənc nəslə Soltan bəy Soltanov və sair qəhrəmanlarımızın keçdikləri qəhrəmanlıq yollarını, vətənpərvərlik sevgilərini aşılamağı qarşımıza məqsəd qoyaraq, bu istiqamətdə uğurlar əldə edirik”-deyə qeyd edən Aqil Acalov gələcəkdə də bənzər idman turnirlərinin keçiriləcəyini qeyd edib.
    Soltan bəy Soltanovun xatirəsinə həsr olunmuş turnir keçirilib
    Federasiyadan verilən məlumata görə, açıq turnirdə ölkəmizin şəhər və rayonlarından ümumilikdə 11 komandadan 156 idmançı iştirak edib. Yarış Alpaqut Turan döyüş sənətinin qaydalarına uyğun olaraq üç sistem üzrə - Aypara “A”, Batur “B” və Caymaz “C” sistemləri üzrə keçirilib.
    Komandalardan Aypara sistemi üzrə Ağdam filialı 1-ci, Batur sistemi üzrə Laçın filialı, Caymaz sistemi üzrə isə Qarabağ filialı 1-ci yerləri qazanıblar.
    Turnirin sonunda qaliblər mükafatlandırılıblar.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Alpaqutçularımız Gürcüstanda keçirlən turnirin qalibi olub

    22 və 24 iyun tarixlərində keçirilən yarış Dünya Alpaqut Federasiyasının və Gürcüstan Alpaqut Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib....

    Naftalanda şəhid Vaqif Bayramovun xatirəsinə həsr edilən cüdo üzrə şəhər birinciliyi keçirilib

    Naftalanda aprel döyüşləri zamanı şəhid olmuş kapitan Vaqif Bayramovun doğum gününə həsr edilən cüdo üzrə açıq şəhər birinciliyi keçirilib. Yarış şəhər icra hakimiyyəti, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə...

    Şəhidlərin xatirəsinə həsr olunmuş mini futbol turniri başa çatıb

    Qazaxda rayon icra hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Qəhrəmanlar unudulmur” adlı layihə çərçivəsində keçirilən mini futbol üzrə açıq rayon turniri başa...

    Sumqayıtda keçirilmiş beynəlxalq cüdo turniri böyük marağa səbəb olub - VİDEO

    Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci beynəlxalq turnir keçirilib....

    Cüdo üzrə Naxçıvan şəhər birinciliyində 50 idmançı mübarizə aparıb

    Naxçıvan şəhərində yerləşən İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində 10-12 yaşlı uşaqlar arasında keçirilən cüdo üzrə Naxçıvan şəhər birinciliyində 9 çəki dərəcəsində 50 idmançı mübarizə aparıb....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.