xəbər portalı

    Paytaxt məktəbliləri Bakı Açıq Çempionatında 49 medal qazanıb

    Bölmə: İdman Dərc olunan tarixi: 22-06-2017, 15:20
    Paytaxt məktəbliləri Bakı Açıq Çempionatında 49 medal qazanıbPaytaxtda taekvando idman növü üzrə IV Bakı Açıq Çempionatı keçirilib.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, yarışda Azərbaycan və Gürcüstanı təmsil edən 6-15 yaş arasında olan idmançılar mübarizə aparıb.

    Turnirin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki məktəblərdə təhsil alan 49 şagird çempionatın qalibləri sırasında yer alıb. Müxtəlif çəki dərəcələri üzrə məktəblilərdən 14-ü I, 19-u II, 16-sı III yerə layiq görülüb.

    Qeyd edək ki, yarışda Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin 5, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasının 4, Cəbrayıl rayon Ə. Veysəlov adına Sirik kənd tam orta məktəbin 2, Laçın rayon 28 nömrəli tam orta məktəbin 1, “Ankara məktəbi” məktəb-liseyin 1 şagirdi və Gürcüstandan olan 2 idmançı da qaliblər sırasına düşüb.

    Qaliblər medal və diplomla təltif edilib.

    Xatırladaq ki, bir müddət əvvəl kikboksinq idman növü üzrə Gürcüstanda təşkil olunan Beynəlxalq Açıq Dünya Çempionatında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən 10-u I, 6-sı II, 3-ü III yerə layiq görülüb.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Birinci sinfə qəbulu proqnozlaşdırılanların 80%-i seçim edib

    Elektron sistem vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün bu günə olan məlumata görə, 37 000-ə yaxın sorğu yerləşdirilib....

    Sabahdan Bakıda I sinfə şagird qəbuluna başlanılır

    Sabahdan 2017/2018-ci dərs ili üçün Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə başlanılır....

    Qızlar arasında voleybol üzrə Kəngərli rayon birinciliyinin qalibləri mükafatlandırılıb

    Kəngərli rayon Yurdçu kənd tam orta məktəbinin idman zalında məktəblilər arasında 2 Fevral - Gənclər Günü münasibətilə tam orta ümumtəhsil məktəblərinin qız voleybolçuları arasında keçirilən rayon birinciliyinin qalibləri...

    Azərbaycan idmançısı ağır atletika üzrə Avropa çempionatında bürünc medal qazanıb

    İsrailin Eylat şəhərində 20 və 23 yaşadək idmançılar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir....

    Azərbaycanın sərbəst güləşçisi hərbçilərin dünya çempionatında qızıl medal qazanıb

    Sentyabrın 21-də Makedoniyanın paytaxtı Skopye şəhərinin ən böyük idman arenalarından olan Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.