xəbər portalı

    "Real Madrid" klubu Çempionlar Liqasının 12 qat qalibi olub - VİDEO

    Bölmə: İdman Dərc olunan tarixi: 4-06-2017, 08:30
    "Real Madrid" klubu Çempionlar Liqasının 12 qat qalibi olub - VİDEO
    Futbol üzrə Çempionlar Liqasının final matçı keçirilib. Həlledici qarşılaşmada İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" komandaları üz-üzə gəlib.
    Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda təşkil olunmuş matç "kral klubu"nun böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Görüşün ilk yarısında tərəflər hərəyə bir dəfə fərqlənsə də, fasilədən sonra "Real Madrid" əvvəlcə 4 dəqiqə ərzində 2 qol vurub. 84-cü dəqiqədə Xuan Kuadrado qırmızı vərəqə alaraq, "Yuve"ni azlıqda qoyduqdan sonra Zinəddin Zidanın baş məşqçi olduğu komanda 90-cı dəqiqədə yekun nəticəni müəyyənləşdirib. Bu görüşdə "dubl" edən Kriştianu Ronaldu Çempionlar Liqasının 3 final oyununda qol vuran ilk futbolçu olub.
    "Kral klubu" isə tarixində 12-ci dəfə Çempionlar Kubokuna yiyələnib. Eyni zamanda İspaniya təmsilçisi kuboku ardıcıl iki dəfə əldə edən 2-ci komanda ünvanına sahib çıxıb. Daha əvvəl qitənin ən nüfuzlu klub turnirində 1989 və 1990-cı illərdə "Milan" qalib olmuşdu. Madridlilər həm də son 4 ildə 3-cü dəfə kuboku başı üzərinə qaldırıblar.
    "Yuventus" isə cəmi 2 dəfə - 1985 və 1996-cı illərdə qazandığı kuboka yenisini əlavə edə bilməyib. 1997-1998 mövsümünün həlledici görüşündə də məhz bu iki komanda qarşılaşmış və həmin matçda "Real Madrid" qələbə qazanmışdı - 1:0. İtaliya təmsilçisi Çempionlar Liqasını ikinci dəfə qazandıqdan sonra 5-ci final görüşündə də məyus olub.
    Çempionlar Liqası
    Final
    22:45. "Yuventus" (İtaliya) - "Real Madrid" (İspaniya) - 1:4
    Qollar: Mario Mancukiç, 27 - Kriştianu Ronaldu, 20; 64. Karlos Kazemiro, 61. Marko Assensio, 90
    Qırmızı vərəqə: Xuan Kuadrado, 84 ("Yuventus")
    Baş hakim: Feliks Brıx (Almaniya)
    Kardiff (Uels), "Millenium" stadionu

    скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Ronaldu UEFA Çempionlar Liqasının 3 final oyununda qol vurmuş ilk oyunçu olub

    spaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştian Ronaldu UEFA Çempionlar Liqasının 3 final oyununda qol vurmuş oyunçu kimi idman tarixinə düşüb....

    Çempionlar Liqasında 1.2 milyard avro dəyərində final

    Bu gün axşam Çempionlar Liqasının final mərhələsində qarşılaşacaq "Real” (Madrid) və "Yuventus” klubları haqqında maraqlı bir fakt ortaya çıxıb....

    Çempionlar Liqası: "Yuventus" "Monako"nu səfərdə məğlub edib - VİDEO

    Futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin növbəti oyunu keçirilib....

    Kriştianu Ronaldu Çempionlar Liqasında bir neçə rekorda imza atdı

    İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu "Atletiko" ilə Çempionlar Liqasının (ÇL) ilk yarımfinal matçında bir neçə rekorda imza atıb....

    İspaniyanın iki klubu qələbə qazandı

    UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.