xəbər portalı

    Sumqayıtda keçirilmiş beynəlxalq cüdo turniri böyük marağa səbəb olub - VİDEO

    Bölmə: İdman Dərc olunan tarixi: 4-12-2016, 22:10
    Sumqayıtda keçirilmiş beynəlxalq cüdo turniri böyük marağa səbəb olub - VİDEOSumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci beynəlxalq turnir keçirilib.
    Azərbaycan Cüdo Federasiyasından (ACF) "Report"a verilən məlumata görə, yarış ACF, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.
    Beynəlxalq turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Siyəzən, Qəbələ, Şirvan, Ağcabədi ilə yanaşı Rusiyanın Nalçik və Dərbənd şəhərlərinin də yeniyetmə cüdoçuları mübarizə aparıblar. 38 komandadan 335 cüdoçunun qatıldığı çempionat 2 gün davam edib.
    Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq turnirin görüşlərini beynəlxalq və respublika dərəcəli hakimlər briqadası idarə edib. Yarışlardan öncə hakimlər və məşqçilər üçün seminarlar da təşkil olunub.
    Oğlanlar və qızlar arasında keçirilən yarışda ümumi hesabda 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanan “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filalı komandası birinci yeri tutub. Beynəlxalq turnirin qalib və mükafatçılarına medallar, eləcə də Azərbaycan Cüdo Federasiyası və Sumqayıt Şəhər Gənclər,İdman Baş İdarəsinin diplomları, hədiyyələri təqdim olunub.
    скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    “3*3 Qızların Basketbol Turniri” keçirilib

    “3*3 Qızların Basketbol Turniri”nin qalibi müəyyən olundu Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, M.Müşfiq adına 34 saylı tam orta məktəbin və “Sumqayıt...

    Basketbol üzrə milli komandamız beynəlxalq turniri gümüş medalla başa vurub

    Aşqabadda qadınlar arasında basketbolun 3x3 növü üzrə beynəlxalq turnir keçirilib....

    Cüdo üzrə Naxçıvan şəhər birinciliyində 50 idmançı mübarizə aparıb

    Naxçıvan şəhərində yerləşən İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində 10-12 yaşlı uşaqlar arasında keçirilən cüdo üzrə Naxçıvan şəhər birinciliyində 9 çəki dərəcəsində 50 idmançı mübarizə aparıb....

    Cüdoçularımız beynəlxalq yarışda 4 medal qazanıblar

    Rusiya Federasiyasının Yakutiya vilayətində yeniyetmələr arasında cüdo üzrə VI Beynəlxalq "Deti Azii" oyunları keçirilir....

    Azərbaycanın taekvondo yığması beynəlxalq turnirdə ikinci yeri tutub

    Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə yığma komandası “G-1” kateqoriyalı “Luxembourg Open” beynəlxalq turnirində 3 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib. Bununla da yığmamız turnirdə medal sayına görə komanda...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.