xəbər portalı

    Cüdo üzrə Naxçıvan şəhər birinciliyində 50 idmançı mübarizə aparıb

    Bölmə: İdman Dərc olunan tarixi: 14-09-2016, 14:33
    Cüdo üzrə Naxçıvan şəhər birinciliyində 50 idmançı mübarizə aparıbNaxçıvan şəhərində yerləşən İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində 10-12 yaşlı uşaqlar arasında keçirilən cüdo üzrə Naxçıvan şəhər birinciliyində 9 çəki dərəcəsində 50 idmançı mübarizə aparıb.

    AZƏRTAC xəbər verir ki, birincilik Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

    Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirib ki, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında təşkil olunan yarışı keçirməkdə məqsəd idmançıları zərərli vərdişlərdən kənarlaşdırmaq və onları cüdo idman növünə cəlb etməkdir.

    Güləş Federasiyasının sədr müavin Faiq İsgəndərov birinciliyin keçirilmə qaydaları haqqında idmançılara ətraflı məlumat verib.

    Beynəlxalq Cüdo Federasiyasının qaydalarına əsasən keçirilən yarışda Elvin Cəfərli, Səid Seyidov, Sami Səfərov, Ramil Qoçəliyev, İbrahim Məmmədqasımov, İsmayıl Məmmədqasımov, Amil Musayev, Rauf Cabbarlı və Fuad Babayev müvafiq olaraq 20, 23, 26, 29, 34, 38, 42, 46 və 50 kiloqram çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

    Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Olimpiya çempionuna yeni vəzifə verildi

    Gənclər və İdman Nazirliyinin idman şöbəsinə yeni müdir təyin olunub....

    Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edəcək

    Gənclər və idman naziri Azad Rəhimov avqustun 26-da Quba rayonunda vətəndaşları qəbul edəcək....

    Naxçıvan vasitəsilə Türkiyə və İran arasında dəmir yolu əlaqəsi yaradılacaq

    Yaxın gələcəkdə Naxçıvan vasitəsi ilə Türkiyə və İran arasında dəmir yolu əlaqəsi yaradılacaq....

    Cüdoçularımız beynəlxalq yarışda 4 medal qazanıblar

    Rusiya Federasiyasının Yakutiya vilayətində yeniyetmələr arasında cüdo üzrə VI Beynəlxalq "Deti Azii" oyunları keçirilir....

    Türkiyədə idman tədbirləri ləğv olundu

    Avropa Tennis Assosiasiyası (Tennis Europe) terror təhlükəsinin yüksək səviyyədə olmasına görə Türkiyədə keçirilməli olan gənclər arasınbda qitə birinciliyinin ləğv edilməsinə qərar verib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.