xəbər portalı

    Heydər Əliyev Mərkəzinin memarı Zaha Hadidin layihəsi üzrə yeni mehmanxana tikiləcək

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 15-07-2016, 14:41
    Heydər Əliyev Mərkəzinin memarı Zaha Hadidin layihəsi üzrə yeni mehmanxana tikiləcəkQətərdə tikiləcək sünbülçiçək formalı mehmanxana 2016-cı ilin martında dünyasını dəyişən İraq mənşəli məşhur Britaniya memarı Zaha Hadidin layihəsi üzrə inşa olunacaq.

    Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

    Qətər əmirinin qardaşı şeyx Məhəmməd bin Həməd əl Tani bildirib ki, sahəsi 70 min kv.m olan 38 mərtəbəli bina 2020-ci ildə Fars körfəzinin sahilində, paytaxt Dohadan 20 km şimalda, Losail şəhərində tikilib istifadəyə veriləcək. Mehmanxana 2022-ci ildə futbol üzrə dünya çempionatının oyunlarının keçiriləcəyi stadionların birinin yaxınlığında yerləşəcək.

    Qeyd edək ki, bronxitdən müalicə alan dünyanın bir sıra tikinti komplekslərinin memarı və müəllifi kimi tanınan Zaha Hadid 2016-ci ilin mart ayının 31-də Mayamidə xəstəxanada ölüb.

    Onun dizaynı əsasında Britaniya, Honq Konq, Almaniya və Azərbaycan da daxil olmaqla dünyanın bir neçə ölkəsində möhtəşəm memarlıq abidələri tikilib. Romadakı XXI əsr milli incəsənət muzeyi, Londondakı Su Olimpiya İdman növləri Mərkəzi, Serpentin Sakler Qalereyası, Sinsinnatidəki Rozental müasir incəsənət Mərkəzi, Çindəki Quançjou Opera Teatrı, Qlazqodakı Nəqliyyat muzeyi və s. onun yaradıcılığının məhsuludur. Onun Bakıda inşa etdiyi Heydər Əliyev Mərkəzinin binası da öz dizaynı ilə görənləri heyran edir.

    Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin binasının inşasına 2007-ci ildə başlanılıb. 2012-ci il mayın 10-da istifadəyə verilən Heydər Əliyev Mərkəzinin binası dünya memarlığının incilərindən sayılır.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Heydər Əliyev hava limanında “tax-free” sistemi tətbiq olunacaq

    "Azərbaycanda "tax free" sisteminin tətbiqinə ilkin mərhələdə hava limanından başlanacaq"....

    Tərtərdə yeni ailə quran gənclər nikah mərasimini Heydər Əliyev Mərkəzində keçiriblər

    Yeni ailə quran gənclərin nikahlarının Heydər Əliyev mərkəzlərində bağlanması artıq ənənə halını alıb....

    “SOCAR Tower” 2016-cı ilin ən yaxşı ofis binası elan edildi

    İnşaat sahəsində beynəlxalq nüfuza malik “Engineering News Record” (ENR) jurnalı 2016-cı il üçün “Ən yaxşı qlobal layihələr” müsabiqəsinin qaliblərini elan edib. Müsabiqəyə “Thornton Tomasetti” şirkəti tərəfindən təqdim edilmiş...

    SOCAR-ın köhnə binası kimə veriləcək?

    Bu ilin mayında açılışı olan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binası hələ istifadəyə verilməyib....

    Daşkənddəki yay düşərgəsində “Azərbaycanı tanıyaq” adlı tədbir keçirib

    Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Lider Beynəlxalq Məktəbində təşkil etdiyi yay uşaq düşərgəsində “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.