xəbər portalı

    Nəsimi rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 30-03-2016, 18:49
    Nəsimi rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət planına uyğun olaraq, 30 mart 2016-cı il tarixdə Nəsimi Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

    Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanda hərbi sahədə görülmüş işlərdən və Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu prosesindəki rolundan danışıb.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov gənclərin daim vətənin müdafiəsinə hazır olduğunu bildirib. General-mayor N. Orucov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində bugün ordumuz ən müasir hərbi texnika və silah-sursatla təchiz olunub.

    Daha sonra çıxış edən Qarabağ müharibəsi veteranı Azər Quliyev, II Dünya Müharibəsi veteranı İsmayıl Fərəcov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində və mənəvi-psixoloji hazırlığında belə tədbirlərin mühüm əhəmiyyət daşıdığını bildiriblər.

    Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.

    Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış edib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Azərbaycan Respublikasının Konstitusiyası

    Azərbaycan Respublikasının Konstitusiyası...

    Mahmudovun dəstəsindən daha bir general vəzifəsindən çıxarıldı

    Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Hərbi-tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Yaqubov Məzahir Şahbala oğlu tutduğu vəzifədən azad olunub....

    Azərbaycanla ABŞ arasında hərbi məsləhətləşmələr

    Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri üzrə görüş keçirilib....

    Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalanıb

    Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalanıb...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Müəllif: Hasankhani Vipmarket 2016 il.