xəbər portalı

    Absurd politologiya, yaxud Obama Ərdoğana qarşı?

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 29-03-2016, 09:37
    Markesin “Yüz ilin tənhalığı” romanında belə bir epizod var: Kommunistləri satıb mühafizəkarların hakimiyyəti ilə əməkdaşlığa başlayan liberallar əslində onlarla hesablaşmayan yeni “müttəfiq”lərinin böyür-başında olmaqdan fəxarət duyaraq böyük siyasətə bulaşmanın şirin dəqiqələrini yaşayırlar.

    Markes təsvir edir: “Polkovnik Aureliano Buendia bu qara geyinmiş qanunçuları gözləri önündə canlandırır - onlar necə sevinclə prezident sarayından erkən səhərin buz soyuğuna çıxır, yaxalıqlarını qulaqlarına qədər qaldırır, əllərini bir-birinə sürtür, pıçıldaşır və qaranlıq kafelərə toplaşaraq müzakirə edirlər: Prezident “hə” deyəndə nə demək istəyirdi, yaxud “yox” deyəndə nə demək istəyirdi, yaxud düşündüyünün tam tərsini söyləyəndə prezident nə düşünürdü...”

    Məhz bu cür yozumlardan politologiya “elm”i yaranır. Onun proqnozları sabah təkzib olunur və dərhal politoloqlar bu dəfə də proqnozlarının niyə yanlış olduğunun izahı və proqnozu ilə baş qatırlar. Bununla da, siyasət bir tərəfdən öz irrasionallığını ortaya qoyur, digər tərəfdən isə siyasətşünaslar bu irrasionallığa rasional don geyindirməklə çörəklərini qazanırlar. Halbuki, fakt, səbəb və nəticə arasındakı bütün əlaqələr ya absurdlaşdırılır, ya da inkar edilir.
    Absurd politologiya, yaxud Obama Ərdoğana qarşı?

    Məsələn, Obama öz qayınanası və həyat yoldaşı ilə Kubaya gedirsə, deməli, “Kastro qardaşları sosializmdən əl çəkib”. Yaxud, ən son misal - Obama Ərdoğanla təkbətək görüşməkdən imtina edibsə, deməli, Türkiyədə hakimiyyət dəyişikliyi, hərbi çeriliş hazırlanır.

    İzahlar verilir, dəxilsiz faktları qulağından dartıb gətirərək mifik ssenarilərin faktoloji kərpicinə çevririrlər. Sonra bu tirajlanır, təbliğatda istifadə olunur, nəhayətdə isə adidən adi həqiqət və reallığın yeni mənzərəsi kimi beyinlərə pərçim edilir. Halbuki, əslində nə baş verib? Heç nə.

    ABŞ-dakı nüvə sammitində Ərdoğan Obama ilə görüşmək istəyir, oradan isə bildirirlər ki, görüş olmayacaq, ancaq “bu imtinanı hörmətsizlik kimi yozmayın”, ümumiyyətlə, ABŞ prezidentinin ayrı-ayrı dövlət başçıları ilə təkbətək görüşləri planlaşdırılmır, Ərdoğanla isə Obama noyabrda Türkiyədə görüşüb, fevralda zəngləşib və s. və i.a. Sonra bəlli olur ki, Ərdoğan Obamanı Miçiqan ştatında Ankaranın maliyyəsi ilə tikilmiş məscidin açılış mərasiminə dəvət edib, ancaq ABŞ prezidenti bu xahişə də rədd cavabı verib. Deməli, nə nəticə çıxırmış? O nəticə ki, Ərdoğan “avtoritar və ambisioz rəhbər olduğu üçün” (bu xarakteristikanı onun haqqında Obama jurnalist Ceffri Qoldberqə “The Atlantic” jurnalı üçün verdiyi müsahibəsində deyib), demokrat Obama daha onunla yoldaşlıq etmək istəmir. Nəinki əməkdaşlığa son qoyur, hətta Türkiyədə hərbi çevrilişə də razılıq verir (Bu barədə istər ABŞ, istərsə də Rusiya politoloqları danışmağa başlayıblar), Ərdoğan “siyasi uzunömürlülər” siyahısından silinir, yerinə isə proamerikan mövqeli Kılıcdaroğlu gətirilir. Özü də hərbçililərin vasitəsi ilə (və hərbçilər də proamerikandır).

    Absurd politologiya, yaxud Obama Ərdoğana qarşı?

    Nağıl, vəssalam. Və bu nağıl əslində kütlənin o hissəsinə hesablanıb ki, onlar ABŞ-ın siyasətində səmimiyyət axtarırlar. Yəni, Gezi olaylarına, kürdləri bombaladığına, “İŞİD”lə əməkdaşlıq etdiyinə görə Ərdoğan az qala ABŞ isteblişmentinin nəzərlərində “persona non qrata”ya çevrilibmiş. Səmimi Obama isə heç vaxt antidemokratları qəbul etmir. Bununla da açıq bildirir ki, “söhbət bitib”.

    Bir sözlə, ABŞ-ın qeyri-demokratik rejimlərlə işi yoxmuş. Onun yeganə istəyi bütün dünyanı demokratikləşdirməkdir. Ərdoğana “Yox” deməklə isə ABŞ prezidenti bir daha həmişə göstərdiyi prinsipiallığı sərgiləyirmiş. Təxminən bu cür uydurmalarla politoloqlar Türkiyənin yaxın gələcəyinin planını təsvir edirlər.

    Ancaq heç kəs də yada salmaq istəmir ki, Ərdoğan öz avtoritarlığı ilə ABŞ-ı hakimiyyət çevrilişinə sövq edirsə, onda Səudiyyə Ərəbistanı, Qətər, Əmirliklər kimi antidemokratiya bastionlarına niyə Obama tərəfindən isti münasibət bəslənir? Yəni, Obamanın səmimiyyəti də, prinsipiallığı da sabun köpüyündən başqa bir şey deyil. Ərdoğanın sabah-birigün seçki yolu ilə (məhz seçki yolu) təqaüdə göndərilməsi planı gerçəkləşsə, buna səbəb heç də onun “İŞİD”lə əməkdaşlığı, yaxud İraq kürdlərini bombalaması olmayacaq. Səbəb Ərdoğanın ABŞ-ın ambisiyalarına ziyan vuran şəxsi ambisiyalarının ifrat forma alması olacaq. Yəni, burada “demokratiya” termini tərəfləri ən az maraqlandıran anlayışdır.

    O ki qaldı Qərbə (və onun timsalında ABŞ-a), onlar kimisə devirməyə başlayanda, əvvəlcə onunla “dostlaşır”, özlərini mehriban yoldaş kimi göstərirlər. Müəmmar Qəzzafinin və Liviyanın taleyi buna sübutdur.

    ABŞ-da baş tutmayacaq görüşə görə bütün Yaxın Şərqin xəritəsinin bir anda dəyişdiriləcəyinə inananları isə Umberto Ekonun “Fuko rəqqası” romanındakı qəhrəmanın peşmançılığı gözləyir. O, əlindəki kağız parçasını misilsiz tarixi sənəd sayırdı, halbuki bu, vur-tut nə vaxtsa bir tacirin digərinə verdiyi borc qəbzi imiş...

    Məmməd Süleymanov

    virtualaz.orgскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    ABŞ-ın baş “hakeri” “Nitro Zevs” planını dirildir

    ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) rəhbəri, admiral Maykl Rocers ötən həftə İsrailə gizli səfər edib....

    "ABŞ Ukraynaya görə mübarizə aparan yeganə ölkədir"

    ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan Donald Tramp bildirib ki, ABŞ Ukraynaya görə real mübarizə aparan yeganə ölkədir....

    Raul və Obama...

    Razıyam, qəfil jest və ani emosiyaya əsaslanaraq dünyanın mənzərəsini formalaşdırmaq, çətin suallara cavab tapmaq olmaz. Ancaq sual da sual deyilsə, cavab üçün jestin çəkisi də artır....

    Azərbaycanla ABŞ arasında hərbi məsləhətləşmələr

    Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri üzrə görüş keçirilib....

    ABŞ və Rusiyanın hərbi gücü

    ABŞ və Rusiyanın hərbi gücü...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.