xəbər portalı

    İntiqam Əliyev azadlığa buraxıldı

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 28-03-2016, 15:15
     İntiqam Əliyev azadlığa buraxıldı Baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev barəsində Ali Məhkəmənin Plenumuna verdiyi protest əsasında məhkəmə prosesi keçirilib.

    Musavat.com xəbər verir ki, məhkəmə binası önünə vətəndaş cəmiyyətinin çoxsaylı nümayəndələri, media təmsilçiləri, siyasi partiyaların üzvləri və hüquq müdafiəçisinin yaxınları toplaşıblar. Məhkəmə zalına heç kim buraxılmayıb.

    Zakir Qaralovun protestini baş prokurorun müavini Namiq Əsgərov müdafiə edib.

    Ali Məhkəmənin qərarı ilə hüquq müdafiəçisinin cəzası 5 il şərti cəza ilə əvəzlənib. Məhkəmənin qərarına əsasən, İntiqam Əliyev dərhal azadlığa buraxılmalıdır.

    Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İntiqam Əliyevin barəsində olan cəza şərti hesab olunub və onun barəsində 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılması barədə qərar qəbul edilib.

    İ. Əliyev prosesdə iştirak etməyib.

    İntiqam Əliyevin vəkili Cavad Cavadov bildirib ki, müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyirlər və bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunacaq.

    Xatırladaq ki,baş prokuror Zakir Qaralov Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair əlavə kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

    İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra İ. Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
    скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Cəbhədən acı xəbər

    Son günlər işğal olunmuş ərazilərdə xeyli sayda itkilərə məruz qalan erməni tərəfi uğursuzluqlarının əvəzini çıxmağa can ataraq Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatların sayını artırıb....

    Terrorun və terrorçuların vətəni olmur

    Türkiyənin paytaxti, Ankarada, İstanbulda və Belçika Krallığı paytaxt Brüsseldə törədilmiş qanlı terror hadisələri ölkəmizdə və bütün Avropa ölkələrində narahatlığa səbəb olub....

    Lalə Məmmədovadan müğənni həmkarına cavab: “Almaniyadan danışmaq asandır”

    Hazırda Almaniyada yaşayan müğənni Qismət Məmmədzadə əməkdar artist Lalə Məmmədovanın “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sədri Cahangir Əsgərova yazdığı açıq məktuba münasibət bildirib....

    Azərbaycan ərazilərini talayan Ermənistanla bağlı şok hesabat

    Azərbaycan ərazilərini talayan Ermənistanla bağlı şok hesabat...

    Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalanıb

    Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalanıb...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.