xəbər portalı

    Şeyx dini ayrıseçkilik, Həcc ziyarəti, terror və... Roma Papası haqda

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 11-07-2016, 11:28
    Şeyx dini ayrıseçkilik, Həcc ziyarəti, terror və... Roma Papası haqda"Vəhabi təriqətindən, sünni məzhəbindən gəlib Təzəpirdə namaz qılanlar var. Məzhəbindən aslı olmayaraq bu şəxslərin hər hansı məsciddə namaz qılmasına mane törədən şəxslər cəzalandırılacaq. Bütün məscidlərin qapısı müsəlmanlara açıqdır".

    Bu sözləri bütün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə ANS TV-nin "Hesabat" verişində Azərbaycanda məzhəb ayrıseçkiliyinin olmadığından danışarkən bildirib.

    Sualları cavablandıran QMİ sədri hazırda məscidlərdə müəyyən çətinliklərin qaldığını, bu problemlərin üzərində, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə birlikdə məsləhətləşmələrin keçiridliyini bildirib.

    Prezident İlham Əliyev tərəfindən dini icmalar üçün Qafqaz Müsəlmanlar idarəsinə 1 milyon manat vəsaitin ayrıldığını qeyd edən Şeyx bu vəsaitin bir sıra problemlərin həllinə, eləcə də dövlət qeydiyyatından keçən məscidlərin xərclərinə yönləndiriləcəyini qeyd edib.

    Şeyx, həmçinin Həcc ziyarəti sahəsində müəyyən problemlərdən-qiymətərin bahalığından danışıb. Allahşükür Paşazadə qiymətlərin müəyyən qədər endirildiyini, lakin manatın ucuzlaşmasının qiymətlərə təsir etdiyini qeyd edib.

    Həcc ziyarətinə gedənlərin sayının azalmasında ancaq maddi tərəflərin problem yaratdığını, təhlükəsiziliklə bağlı heç bir problemin olmadığını diqqətə çatdıran Şeyx ötən həftə Səudiyyə Ərəbistanında Peyğəmbər məscidi yaxınlığında baş verən terror hadisəsinə toxunub.

    Terrorun və terrorçuların dininin olmadığını qeyd edən Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının baş verən hadisələrdən sonra təhlükəsizlik tədbirlərini daha da gücləndirəcəyinə inandığını bildirib.

    Şeyx Roma Papasının Ermənistana səfərinə də toxunub. O, Papanın gələcəkdə Azərbaycana da səfər edəcəyini, o zaman bəzi məsələləri müzakirə etmək üçün imkanının olacağına ümüd etdiyini bildirib.

    "Onun İrəvana gəlib, "birinci Xristian dünyasına gəldim" deməsi bir siyası məsələ idi. Onların daxilində də bir çox münaqişələr baş verir. Hazırda dünyada böyük bir dini böhran yaranıb. Hər bir din xadimi özünə fikir verməlidir", - deyə Şeyx bildirib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Azərbaycandan bu il Həccə gedəcək zəvvarlar üçün ayrılan ucuz yerlər dolub

    Azərbaycandan bu il Həccə gedəcək zəvvarlar üçün ayrılan ucuz yerlər dolub....

    Bakı - Şarm əl-Şeyx - Bakı aviareysləri dayandırıldı

    Bakı - Şarm əl-Şeyx - Bakı aviareyslərinin icrası müvəqqəti olaraq dayandırılıb....

    Həccə gedənlərə elektron qolbaq veriləcək

    Səudiyyə Ərəbistanı hökuməti Həcc mərasimini yerinə yetirmək üçün bu il Məkkə şəhərinə gələnləri elektron qolbaqla təchiz edəcək....

    Roma Papası Azərbaycan səfərinin səbəblərini açıqlayıb

    Roma Papası Fransisk sentyabrın 30-dan oktyabrın 2-dək Gürcüstan və Azərbaycana səfər edəcək....

    “Terrorizm-2015: ölkələr hesabatı” açıqlandı

    Sənəddə Azərbaycanın terrorizmlə mübarizəsinə geniş yer verilib. ABŞ Dövlət Departamentinin Antiterror və Zorakı Ekstemizmə qarşı Mübarizə Bürosu 2015-ci ildə dünya ölkələrinin terrorizmlə mübarizəsinə dair hesabatını...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.