xəbər portalı

    Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Saatlıda növbəti tədbirini keçirdi

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 29-11-2017, 20:55
    Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Saatlıda növbəti tədbirini keçirdiBu gün, noyabrın 29-da Saatlı şəhəri 2 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Bizim Qəhrəman Şəhid” layihəsi çərçivəsində Qarabağda şəhid olmuş Fariz Novruzova həsr olunmuş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması və anım tədbiri keçrilmişdir.
    Tədbirdə 2 saylı tam orta məktəbin müəllim və şagirdləri, yazı müsabiqəsinin qalibləri və şəhid Fariz Novruzovun atası Əlabbas Novruzov iştirak etmişdir.
    Tədbiri 2 saylı tam orta məktəbin direktoru Zabit Rüstəmov açaraq qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra bildiri ki, bu gün Saatlı şəhəri 2 saylı tam orta məktəbin şagirdləri arasında şəhid Fariz Novruzova həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaq və şəhid Fariz Novruzovun əziz xatirəsi anılacaq. Daha sonra Zabit Rüstəmov sözü Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyinin sədri Səidə Bahadur qızına verdi. Səidə Bahadur qızı tədbir iştirakçılarına “Bizim Qəhrəman Şəhid” layihəsi haqqında geniş məlumat verdikdən sonra sözü layihənin ekspertləri İlham İsmayıla və Taleh Əliyevə verdi. İlham İsmayıl Qarabağda canlarını vəda etmiş şəhidlərin qərəmanlığı haqqında danışaraq bildirdi ki, bu kimi tədbirlərin keçrilməsi gənc nəslin milli vətənpərvərlik ruhunda böyüməsi baxımından çox əhəmiyyətlidir və gələcəkdə də davamlı olmalıdır. Daha sonra çıxış edən digər ekspert Taleh Əliyevdə çıxışı zamanı bildirdi ki, oda həmkarı ilə eyni fikirdədir. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, ölkədə vətənprvərlik ideyalarını geniş təbliğ etmək lazımdır. Heç şübhəsiz ki, bu işi görən zamanda ilk örnəyimiz şəhidlər olmalıdır. Xalqımızın xoşbəxt və firavan yaşamaları, dövlətimizin müstəqilliyi, vətənimizin düşmən tapdağı altında qalmaması üçün onlar öz həyatlarını fəda etməklə əsil qəhrəmanlıq nümunəsin ortaya qoydular. Şəhid Fariz Novruzovun atası Əlabbas Novruz ovda çıxış edərək şəhid vailəsinə göstərilən diqqət və qayğıdan razılığını bildirdi və gəncləri vətənpərvər ruhda böyüyərək ölkəmizə və xalqımıza layiqli övlad olmağı arzuladı.
    Tədbirin sonunda müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi oldu. 1-ci yerə Saatlı şəhər 1 saylı tam orta məktəbin şagirdi Vasif Möhsümzadə, 2-ci yerlərə Saatlı şəhəri 1 saylı tam orta məktəbin şagirdləri Aysun İsayeva və Süleyman Süleymanov və 3-cü yerlərə isə Saatlı şəhər 1 saylı tam orta məktəbin şagirdləri Tərlan Hüseynov, Əlağa Həsənov və İsa Mehdiyev layiq görüldü.
    Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Saatlıda növbəti tədbirini keçirdi
    Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Saatlıda növbəti tədbirini keçirdi
    Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Saatlıda növbəti tədbirini keçirdiскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Kürdəmirdə növbəti tədbirini keçirdi

    Bu gün, noyabrın 28-də Kürdəmir şəhəri T.İsmayılov adına 1 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Təhsil...

    Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Qəbələdə növbəti tədbirini keçirdi

    Bu gün, noyabrın 27-də Qəbələ şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai...

    “Bizim Qəhrəman Şəhid!” yazı müsabiqəsinə start verildi

    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Media və Təhsil İnnovasiyaları Mərkəzi” İctimai Birliyinin Qəbələ, Saatlı, Neftçala və Kürdəmir rayonlarında...

    Sabunçu rayonunda Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib
    ---

    Sabunçu rayonunda Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib

    Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq...

    Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Bakı Dövlət Unversitetində təqdimat tədbiri keçirdi-Fotolar

    Bu gün, Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qərbi Azərbaycandakı (Ermənstandakı) tarixi...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Müəllif: Hasankhani Vipmarket 2016 il.