xəbər portalı

    Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Qəbələdə növbəti tədbirini keçirdi

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 27-11-2017, 18:10
    Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Qəbələdə növbəti tədbirini keçirdiBu gün, noyabrın 27-də Qəbələ şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Bizim Qəhrəman Şəhid” layihəsi çərçivəsində 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olmuş Sahil Şirinova həsr olunmuş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması və anım tədbiri keçrilmişdir.
    Tədbirdə Qəbələ rayon təhsil şöbəsinin Metod kabinetinin müdiri Arifə Bayramova və həmin qrumun əməkdaşları, müsabiqədə yer tutan şagirdlər və onların müəllimləri və şəhid Sahil Şirinovun anası Şəhla Şirinova və qardaşı Zaman Şirinov, Qəbələ şəhəri Heydər Əliyev Mərkəzinin direktoru Zərxanım Ağayeva və Gənclər və İdman İdarəsinin əməkdaşı Məmmədəli Səfərçinov, “Qəbələ” qəzetinin müxbiri Günel Tapdıq qızı və foto müxbiri İlkin Vəlizadə iştirak etmişdir.
    Tədbiri Qəbələ rayon təhsil şöbəsinin Metod kabinetinin müdiri Arifə Bayramova açaraq bildirdi ki, bu gün Qəbələ məktəbliləri arasında şəhid olmuş Sahil Şirinova həsr olunmuş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılacaq və şəhid Sahil Şirinovun əziz xatirəsi bir daha anılacaq. Daha sonra Arifə Bayramova sözü Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyinin sədri Səidə Bahadur qızına verdi. Səidə Bahadur qızı tədbir iştirakçılarına “Bizim Qəhrəman Şəhid” layihəsi haqqında geniş məlumat verdikdən sonra sözü layihənin ekspertləri İlham İsmayıla və Taleh Əliyevə verdi. İlham İsmayıl aprel döyüşlərinin taixi və siyasi əhəmiyyətiondən danışaraq bildirdi ki, aprel şəhidlərinin qərəmanlığı haqqında bu kimi tədbirlərin keçrilməsi gənc nəslin milli vətənpərvərlik ruhunda böyüməsi baxımından çox əhəmiyyətlidir və gələcəkdə də davamlı olmalıdır. Daha sonra çıxış edən digər ekspert Taleh Əliyevdə çıxışı zamanı bildirdi ki, oda həmkarı ilə eyni fikirdədir. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, ölkədə vətənprvərlik ideyalarını geniş təbliğ etmək lazımdır. Heç şübhəsiz ki, bu işi görən zamanda ilk örnəyimiz şəhidlər olmalıdır. Xalqımızın xoşbəxt və firavan yaşamaları, dövlətimizin müstəqilliyi, vətənimizin düşmən tapdağı altında qalmaması üçün onlar öz həyatlarını fəda etməklə əsil qəhrəmanlıq nümunəsin ortaya qoydular.
    Tədbirin sonunda müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi oldu. 1-ci yerə Bum qəsəbə tam orta məktəbin 10-cu sinif şagirdi Nərmin Məmmədova, 2-ci yerlərə Qəbələ şəhəri 4 saylı tam orta məktəbin 10-cu sinif şagirdləri Jalə Səfərəliyeva və İlahə Alxasova və 3-cü yerlərə isə Bum qəsəbə tam orta məktəbin 5-ci sinif gagirdi Nəzrin Alməmmədova, Qəbələ şəhəri 4 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Fidan Quliyeva və Qəbələ şəhəri 5 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Nuranə Mikayılova layiq görüldü.
    Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Qəbələdə növbəti tədbirini keçirdi
    Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Qəbələdə növbəti tədbirini keçirdi
    Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Qəbələdə növbəti tədbirini keçirdiскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    “Bizim Qəhrəman Şəhid!” yazı müsabiqəsinə start verildi

    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Media və Təhsil İnnovasiyaları Mərkəzi” İctimai Birliyinin Qəbələ, Saatlı, Neftçala və Kürdəmir rayonlarında...

    Bakıda 4-cü sinif şagirdi qəflətən öldü

    Paytaxtda orta məktəb şagirdi qəflətən ölüb....

    "QƏRBI AZƏRBAYCANDAKI (ERMƏNSTANDAKI) TARIXI ABIDƏLƏRIMIZI ÖYRƏNƏK VƏ TANIDAQ!!!" LAYIHƏSININ ICRASINA START VERILDI

    Bu gün, iyunun 18-də Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qərbi Azərbaycandakı...

    Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Bakı Dövlət Unversitetində təqdimat tədbiri keçirdi-Fotolar

    Bu gün, Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qərbi Azərbaycandakı (Ermənstandakı) tarixi...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Müəllif: Hasankhani Vipmarket 2016 il.