xəbər portalı

    Yeniyetme qızlar üçün“Zorakılıqsız həyat haqqımızdır” layihə başa çatmışdır

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 15-08-2017, 11:44
    Yeniyetme qızlar üçün“Zorakılıqsız həyat haqqımızdır” layihə başa çatmışdır“Universitet Təhsilli Qadınlar” Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Zorakılıqsız həyat haqqımızdır (yeniyetmə qızlar üçün məişət zorakılığının profilaktikası iıə bağlı maariflənmə)” adlı maarifləndirmə layihəsi başa catmışdır
    Məişət zorakılığı ilə mübarizənin əsas istiqamətlərindən biri məişət zorakılığının profilaktikanın təşkilidir. Məişət zorakılığı ilə mübarizə işində aidiyyatı qurumların maarifləndirilməsi ilə yanaşı (hüquq-mühafizə orqanları (xüsuslə, polis, məhkəmə orqanları) qadınların, xüsusilə yeniyetmə və gənc qızların maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, məhz yeniyetmə yaşlarında insanlarda gender münasibətlərinin əsasları formalaşır və gələcəkdə onların şəxsi ailə münasibətlərinin qurulmasına təsir edir. Yaşlı insanlardan fərli olaraq, yeniyetmələr və gənclər yeni bilik və təcrübələri, vərdişləri daha fəal qəbul edirlər və dialoqa açıq olurlar. Onlar adətən öz həyatlarını təkmilləşdirməyə cəhd edirlər, valideynlərinin səhvlərini təkrarlamaq istəmirlər. Problemlərlə üzləşdikdə fəal vətəndaş mövqeyi göstərməyə, hadisələr təsir etməyə çalışırlar. Lakin yeniyetmə və gənclər məişət zoraklığı halları ilə rastlaşdıqda (özlərinin, dostlarının, tanışlarının təcrübələrində) özlərini necə aparacaqlarını, nə edəcəklərini, necə reaksiya verəcəklərini və nəhayət, məişətdə baş verən zorakılığı necə durduracaqlarını bilmirlər.Məhz bu səbəbdən yeniyetmə qızlar arasında gender əsaslı zorakılığın profilaktikası böyük əhəmiyyət kəsb edir.
    Bu məqsədlə layihə çərçivəsində Qobustan, Şamaxı, Göyçay, Salyan rayonlarında yeniyetmə qızlar üçün gender əsaslı zorakılıq və onun profilaktikası ilə bağlı maarifləndirmə seminarları keçirilmişdir. Seminar iştirakçılarına dünyada və Azərbaycanda gender əsaslı zorakılığin vəziyyəti, gender zorakılığının o cümlədən məişət zorakılığının mahiyyəti, səbəbləri, formaları, erkən nigahlar, zorakılığın profilaktikası, həmçinin “Məişət zorakılığının qarşısının alınması haqqında AR-nın Qanunu” və və bu sahədə beynəlxalq və milli qanunvericilik haqqında ətraflı bilgilər verilmişdlr.
    Nəzərinizə çatdırırıq ki, layihənin məqsədi yeniyetmə qızları gender əsaslı zorakılıq, o cümlədən məişət zorakılığı, onun mahiyyəti, səbəbləri, formaları, profilaktikası sahəsində maarifləndirılmək, “Məişət zorakılığının qarşısının alınması haqqında Qanunla” tanış etmək və zorakılığın azalmasına dəstək verməkdir.
    Yeniyetme qızlar üçün“Zorakılıqsız həyat haqqımızdır” layihə başa çatmışdırскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Sumqayıtda yeniyetmə və gənclərə sağlam həyat  tərzi və zərərli vərdişlərlə mübarizə mövzusunda tədbir keçirilmişdir.

    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Yeniyetmə və gənclər arasında sağlam həyat...

    Qadınlar məişət zorakılığı ilə mübarizəni dəstəkləyir

    Səmayə Quliyeva: Yüzlərlə qadın fiziki, psixoloji, cinsi zorakılıq və iqtisadi məhdudiyyətlərdən əziyyət çəkirlər. “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında...

    Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyinin “Erkən nigahlarla mübarizə imkanlarının gücləndirilməsi” adlı layihəsi baş çatdı.

    Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Layihənin məqsədi erkən nigahlarla mübarizə məqsədilə məktəbli qızların və onların valideynlərinin maarifləndirilməsi,...

    TOHGMİB layihə çərçivəsində növbəti görüşünü keçirdi

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olmuş “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin “Gənclərin hərbi xidmətə hazırlanması” adlı layihəsi...

    “Erkən nigah qədərin olmasın!” adlı maarifləndirmə layihəsi həyata keçirilib

    Məlumat üçün Sizə bilidiririk ki, "Gənclərin Töhfəsi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Erkən nigah qədərin olmasın!” adlı maarifləndirmə layihəsini həyata...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.