xəbər portalı

    Azərbaycan XİN: “Barselonadakı hadisələrdə ölən və yaralananlar arasında azərbaycanlılar qeydə alınmayıb”

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 18-08-2017, 12:03
    Azərbaycan XİN: “Barselonadakı hadisələrdə ölən və yaralananlar arasında azərbaycanlılar qeydə alınmayıb”Barselonada İŞİD terrorçuları tərəfindən törədilmiş, 13 nəfərin ölümünə və 119 nəfərin yaralanmasına səbəb olmuş terror aktı ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan bu teraktı qəti şəkildə pisləyir.

    “Terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

    Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır.

    Barselonada törədilmiş terror hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İspaniya kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu ünvanlayıb.

    Xarici işlər naziri Elmar Məmmədyarov da İspaniya Krallığının Xarici işlər naziri Alfonso María Dastisə başsağlığı məktubu göndərib.

    Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyindən verilən məlumata görə Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

    Səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir.

    Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə və ictimaiyyətə xəbər veriləcəkdir”, - H.Hacıyev bildirib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    İlham Əliyev İspaniya kralına başsağlığı verib

    Azərbaycan prezidenti İlham Əliyev İspaniyanın kralı VI Felipeyə başsağlığı verib. Dövlət başçısının başsağlığı məktubunda deyilir:...

    Azərbaycan XİN-dən Peterburq terroru ilə bağlı bəyanat

    Sankt-Peterburq metrosunda törədilmiş terror aktları ilə əlaqədar Xarici İşlər Nazirliyi bəyanat yayıb....

    Azərbaycan XİN: İstanbulda törədilən qanlı terror aktını qəti şəkildə pisləyirik

    İstanbulun Beşiktaş rayonunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik....

    Azərbaycan XİN Fransada törədilmiş terror aktını pislədi

    "Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyir. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və...

    Azərbaycan XİN: Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha ifadə edirik

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) iyunun 28-də İstanbulun Atatürk hava limanında törədilmiş qanlı və xain terror aktlarını kəskin şəkildə lənətlədiyini bəyan edib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.