xəbər portalı

    Azərbaycanlı nümayəndə ilk dəfə olaraq Dünya Skaut Hərəkatı Təşkilatında aparıcı vəzifəyə seçilib

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 17-08-2017, 15:12
    Azərbaycanlı nümayəndə ilk dəfə olaraq Dünya Skaut Hərəkatı Təşkilatında aparıcı vəzifəyə seçilibBakıda keçirilən 41-ci Dünya Skaut Konfransının dördüncü günündə 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinə yeni üzvlər seçilib.

    AZƏRTAC xəbər verir ki, 19 namizəddən 12-si Dünya Skaut Komitəsinə üzv seçilib. Sevindirici haldır ki, Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı da seçilən üzvlər sırasındadır. Beləliklə, ilk dəfə olaraq Azərbaycan nümayəndəsi Dünya Skaut Komitəsinin rəhbər orqanına daxil olub.

    İlyas İsmayıllı AZƏRTAC-a müsahibəsində deyib ki, 40 milyon üzvü öz ətrafında birləşdirən Dünya Skaut Hərəkatı Təşkilatının Skaut Komitəsi kimi çox böyük bir ictimai təşkilatın üzvü olmaq böyük şərəfdir. Skaut Komitəsinin qəbul etdiyi qərarlar bütövlükdə təşkilatın inkişaf istiqamətini müəyyən edir. Skaut hərəkatının ölkəmizdə nisbətən gənc – 20 yaşı olduğunu nəzərə alaraq, deyə bilərəm ki, bu, Azərbaycan üçün böyük uğurdur.

    “Mənim üçün Dünya Skaut Komitəsinin işində iştirak etməyim skautinqin inkişafına öz baxışıma müvafiq olaraq daha yaxşı kömək etmək imkanımın olması deməkdir. Hesab edirəm ki, Dünya Skaut Hərəkatı Təşkilatının coğrafiyasını, təşkilata daxil olan ölkələrin, xüsusən Mərkəzi Asiya regionundan olan ölkələrin sayını artırmaq lazımdır. Mərkəzi Asiya regionunda görüləsi işlər çoxdur. Həmçinin Dünya Skaut Hərəkatı Təşkilatının strukturunu yeniləmək lazımdır. Bunun uçun komitənin hər bir üzvü müəyyən istiqamətdə işləməlidir”.

    Qeyd edək ki, Skaut Komitəsinə seçkilər hər 3 ildən bir keçirilir. Dünya Skaut Komitəsinin üzvü bu vəzifəni öz Milli Assosiasiyasının mövqeyi ilə birləşdirə bilməz. Ona görə də tezliklə Azərbaycan Skautlar Assosiasiyasında yeni prezident seçkisi keçiriləcək.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Azərbaycan-Polşa əməkdaşlığının inkişafı ilə bağlı məsələlərə dair müzakirələr aparılıb

    Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Polşa nümayəndə heyəti avqustun 16-da Azərbaycan Respublikası Milli Məclisində olub....

    Pan Gi Mun: Azərbaycan-Koreya əlaqələrini genişləndirmək üçün böyük potensial var

    Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan BMT-nin sabiq baş katibi Pan Gi Munla görüşüb....

    Skautinq həvəs deyil, həyat tərzidir

    Bu, Azərbaycana ilk səfərimdir. Mən artıq Bakıda və Qəbələdə olmuşam. Azərbaycanda məni landşaftların və iqlim qurşaqlarının müxtəlifliyi heyrətləndirdi: burada həm meşələr, həm çöllər, həm də dəniz çimərlikləri var. Qəbələ...

    Dohyun Kim: Dünyada ilk dəfədir ki, bu qədər skaut bir araya gəlib

    Bakıya ilk dəfədir gəlməyimə baxmayaraq, burada özümü çox rahat hiss edirəm. Açığını deyim, getdiyim çox az şəhərdə belə xoş hisslər yaşayıram. Buna görə də Dünya Skaut Konfransının Bakıda keçirilməsindən çox şadam....

    Elmar Məmmədyarov BMT-nin sabiq Baş katibi ilə görüşüb

    Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirililən 41-ci Ümumdünya Skaut Konfransında iştirak etmək üçün ölkəmizə səfər edən BMT-nin sabiq Baş katibi Ban ki Munla görüşüb....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.