xəbər portalı

    Sabirabad və İmişli rayonlarında yeni fərdi yaşayış evlər Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 16-08-2017, 16:51
    Sabirabad və İmişli rayonlarında yeni fərdi yaşayış evlər Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabirabad və İmişli rayonlarında inşa etdirilmiş 5 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.

    Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, evlərin istifadəyə verilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, həmin rayonların icra hakimiyyətlərinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

    Tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə xüsusi diqqət və qayğısı nəticəsində bu təbəqələrdən olan vətəndaşların etibarlı sosial müdafiə sistemi ilə əhatə edildikləri vurğulanıb. Qeyd olunub ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, müasir tələblərə uyğun yeni mənzillərlə təmin edilmələri istiqamətində də məqsədyönlü işlər görülür. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, son iki ildə və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 603 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi yeni mənzillərlə təmin olunub. O cümlədən cari ildə nazirlik Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala, Qazax, Sabirabad, İmişli və digər rayonlarda yeni fərdi yaşayış evlərini Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim edib.

    Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni çoxmənzilli və fərdi yaşayış binalarının inşası, eyni zamanda, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir olunması işləri davam etdirilir.

    Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin maddi təminatlarının artırılması də daim diqqətdə saxlanır. Belə ki, Qarabağ müharibəsi əlilləri aylıq əmək pensiyası və ya sosial müavinətlə, həmçinin bu təbəqədən olan vətəndaşlar və şəhid ailələri Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilirlər. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin uşaqlarına, əmək pensiyası almayan şəhid ailəsi üzvlərinə aylıq sosial müavinət ödənilir.

    Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri sosial təminatlarının mütəmadi olaraq artırılması yönündə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

    Daha sonra tədbirlərin iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

    Qeyd edək ki, evlərdən üçü Sabirabad rayonunda Qarabağ müharibəsi əlillərinə, iki ədədi isə İmişli rayonunda şəhid ailələrinə təqdim olunub.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Qarabağ müharibəsi əlillərinə xidmət göstərən bir qrup tibb işçisinə diplomlar təqdim olunub

    “Qarabağ Qaziləri” və “Vətən Müharibəsi Əlilləri” İctimai Birlikləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirən müharibə əlillərinə diqqət və qayğı göstərən xidmət sahəsinin fəaliyyətini yüksək...

    Qarabağ müharibəsi əlillərinə xidmət göstərən bir qrup tibb işçisinə diplomlar təqdim olunub

    “Qarabağ Qaziləri” və “Vətən Müharibəsi Əlilləri” İctimai Birlikləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirən müharibə əlillərinə diqqət və qayğı göstərən xidmət sahəsinin fəaliyyətini yüksək...

    Ucarda Qarabağ müharibəsi əlillərinə 6 fərdi yaşayış evi verilib (FOTO)

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Ucar rayonunda 6 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinə təqdim edib....

    56500-dən çox Azərbaycan vətəndaşı Prezident təqaüdü alır

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 56500 nəfərdən çox şəxsə Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilir....

    Türkiyəli qonaqlar Bakıda ictimaiyyət nümayəndələri ilə görüşüblər

    “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi”nin (TOHGMİB) dəvəti ilə Bakıda səfərdə olan Türkiyə Əməkli Subaylar Dərnəyi, Anadolu Aydınlar Ocağının nümayəndə heyəti bugün Azərbaycan Qarabağ Müharibəsi...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.