xəbər portalı

    Cənab Prezident, diqqət və qayğıya görə çox sağ olun!

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 1-08-2017, 16:08
    Cənab Prezident, diqqət və qayğıya görə çox sağ olun!Sevincin bəyaz rəngi göz doydurur, könül açır. Sevinənin köksü ürəyinə darlıq edir, bu sevinci ömrünün göyqurşağı bilir. Ona elə gəlir ki, günlü yağışdan sonra göy üzünün göy qurşağına dönən göyqurşağı təkcə onundu - göyqurşağının altından keçib, başlanğıcı qədərsiz könül xoşluğu olan bu anlar aylara, illərə dönüb ömürləşəcək. Sevinən sevinci bəxş edənə təşəkkür üçün uyarlı kəlmələr tapmaqda çətinlik çəkir...
    Yellər illərlə mənim də ömür ağacımın budaqlarını hərdən oxşayıb, hərdən titrədib. Yarpaq saldığı, budaq qırdığı məqamlar da olub. Sevgimə güvəndiyimə görə, sevgimə küsəndiyimə görə əsən yellər inamıma yaxın düşə bilməyib. Bu sevgi torpaqdı - torpağı sevən hər vətəndaş özlüyündə bir Anteydi, bu sevgi Vətəndi - Vətən yaşantıların beşiyidi. Bu sevginin bələdçiliyiylə yollar yormuşam, dərələr keçmişəm, dağlar aşmışam, səngərlər dolaşmışam. Hər dəfə səngərlərdə əli əlimi isindirən əsgərlərin baxışlarında çırpınan istəyi aydınlığıyla sezmişəm, sezdiklərim sözə dönüb, sözlər - mətləbə. Əsgərlərin hər birinin Vətən sevgisini nur əvəzi gözlərimə sürtmək istəmişəm...
    2016-cı ilin aprelində yaşadıqlarımın (yaşadıqlarımızın) sevincini yaşayacağımız günün haləsi bildim - Böyük Qələbənin başlanğıcı mənim yazdıqlarımın (yazacaqlarımın) qayəsi oldu. Azərbaycan əsgəri tarix yazdı. O sevinci məmləkətimizə Sizin rəhbərliyinizlə Azərbaycan əsgəri yaşatdı, cənab Ali Baş Komandan!..
    Mən də azərbaycanlı olmağımla həmişə fəxr etmişəm, Azərbaycan Silahlı Qüvvələrində xidmətimlə, Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan Ordusu" qəzetinin əməkdaşı olmağımla qürurlanmışam. Qürurlanmışam ki, aprel döyüşlərində qələbə qazanan əsgərlərlə, zabitlərlə söhbətləşmişəm, yazdığım məqalələri "Azərbaycan Ordusu", "525-ci qəzet", "İki sahil" qəzetləri, "Azərbaycan" jurnalı böyük məmnuniyyətlə, Azərbaycan Ordusuna qədərsiz sayğılarla dərc edib. Əsgərlərdən yazdığım məqalələrlə neçə fərdi jurnalist müsabiqəsinin qalibi olmuşam, Ali Media mükafatına layiq görülmüşəm. Mənə o sevincləri Sizin bu səviyyədə formalaşdırdığınız ordunun əsgərləri yaşadıb...
    Sizin "Aprel döyüşləri dərsliklərə salınmalıdır" fikrinizin işığında yazdığım "Lələtəpə" və "Bayraqtəpə" kitablarımı əsgərlərimiz həvəslə oxuyur. Cənab Prezident, mənə bu kitabları Sizin dönməz inamınız yazdırıb: "Azərbaycan bayrağı Xankəndidə, Şuşada, işğal olunmuş bütün ərazilərimizdə də dalğalanacaqdır!". Sizin kəlamlarınızı publisistikaya, şeirə gətirməyi bacarmışamsa, jurnalist taleyimdən, şair taleyimdən çox razıyam.
    Döyüş bölgələrinə müntəzəm səfərlərinizdə söhbətlərinizi, məsləhətlərinizi eşidən əsgərlərlə kəlmələşəndə onların qürurunu aydınlığıyla görürəm. Sözə çevirdikcə o qüruru özüm də yaşayıram. O qürur neçə publisistik düşüncələrə, neçə reportaja, neçə ovqata mövzu olub. Olacaq da.
    Sizin rəhbərliyinizlə Silahlı Qüvvələrimizdə aparılmış və aparılan geniş miqyaslı islahatlar istər vətəndaş kimi, istərsə də hərbi jurnalist kimi mənim də ruhumun ruhuna dönüb. Sizin də, Müdafiə nazirinin də tələb və göstərişlərini böyük məsuliyyətlə yerinə yetirənlərlə söhbətlərini mən də könül dünyamın səyyarəsi bilmişəm. Hər birimiz Vətən üçün bir əsgərik amalıyla yaşayanların sırasındayam, cənab Prezident! Vətənini sevənlərin hamısı bu amalla yaşayır...
    Milli Mətbuat Günü jurnalistlər üçün Sizin sərəncamınızla tikilmiş binada mənə də mənzil verildi. 2016-cı ildə Silahlı Qüvvələr Günündə Sizin sərəncamınızla "Əməkdar jurnalist" fəxri adına layiq görülməyim mənə qədərsiz qürur yaşatmışdı, o qüruru indi də yaşayıram, son nəfəsiməcən də yaşayacam. Həmin sevinci bu sevinc o qədər möhtəşəmliklə tamamladı ki! O anlarda yaşadığım hissləri ifadə etməyə qüdrətim çatmır. Bu bənzərsiz hədiyyənin könül xoşluğunu heç nə ilə müqayisə etmək mümkün deyil. Bu mənzil ömrümün bundan beləsinin ruh beşiyi olacaq. Yaşımın bu çağında bu miqyasda sevinc! Taleyimdən razıyam ki, jurnalistəm! Taleyimdən razıyam ki, "Azərbaycan Ordusu" qəzetinin müxbiriyəm! Taleyimdən razıyam ki, yazdıqlarım döyüş növbətçiliyi aparan əsgərlərimizin vətənsevərliyində damla misallı da olsa gərəklidir...
    Həmin gün bu hissləri mənzil hədiyyə etdiyiniz bütün jurnalistlərin yaşadığına zərrəcə şübhə etmirəm.
    Açılış günü çıxışınızda qeyd etdiyiniz fikirləri yeni binadan mənzil hədiyyə etdiyiniz jurnalistlər, ümumiyyətlə, Sizin hərtərəfli himayənizlə əhatələnən Azərbaycan jurnalistikası torpaqlarımızın işğaldan azad ediləcəyi inamı bildi: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dönüş yarada bildik. Çünki əvvəlki dövrlərdə vəziyyət belə idi - hökumətlərarası, dövlətlərarası münasibətlərdən, mənim həmkarlarımla çoxsaylı görüşlərimdə hamı bilirdi, etiraf edirdi və xəritəyə baxanda hər şey bəlli idi ki, kim işğalçıdır, kim işğalın qurbanıdır”.
    Bu inam Azərbaycan əsgərinin döyüş, qələbə ruhudu...
    Həmin gün Sizə Azərbaycan Mətbuat Şurasının "Jurnalistlərin dostu" mükafatı təqdim edildi. Buna da çox sevindim. Siz həqiqətən jurnalistlərin dostusunuz, jurnalistlər həqiqətən Sizin dostunuzdur! Azərbaycanı bunca sevən bir azərbaycanlıya bu sevgi dönməz sevgidi!..
    Cənab Prezident, bizə belə anlar yaşatdığınıza görə çox sağ olun!

    Rəşid HÜSEYNOV,
    əməkdar jurnalistскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Hərbi jurnalist Roza Əli qızı: Təşəkkür edirəm cənab Prezident
    ---

    Hərbi jurnalist Roza Əli qızı: Təşəkkür edirəm cənab Prezident

    Dünən Ölkə rəhbəri Cənab Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Jurnalistlər üçün tikilən binada mənzillər paylanilmişdir....

    Ərdoğan: “Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzlu mövqedən qürur duyuruq”

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib....

    Jurnalistlər BMT-nin xüsusi məruzəçisinə etiraz etdi

    Ölkəmizdə səfərdə olan BMT-nin xüsusi məruzəçisi Mişel Forst Bakıda mətbuat konfransı keçirib. O, Azərbaycandakı insan hüquqları üzrə araşdırmaların ilkin nəticələrini açıqlayıb....

    İlham Əliyev Fransa prezidentinə məktub yazdı

    Azərbaycan dövlət başçısı İlham Əliyev Fransa prezidenti Fransua Ollanda təbrik məktubu göndərib....

    İlham Əliyev: “Azərbaycanla ABŞ arasındakı münasibətlər bu gün hərtərəfli inkişaf yolundadır”

    Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Barak Obamaya təbrik məktubu göndərib. Məktubda deyilir:...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.