xəbər portalı

    “Odlar Yurdu” Gənclər İctimai Birliyinin “Fərdi İnkişaf Akademiyası – 2” layihəsi yekunlaşdı

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 19-07-2017, 10:52
    “Odlar Yurdu” Gənclər İctimai Birliyinin “Fərdi İnkişaf Akademiyası – 2” layihəsi yekunlaşdıBirlikdən verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafına nail olmaqla, onların gələcək fəaliyyətlərinin bütün sahələrində imkanlarının genişləndirilməsi üçün onlara vacib olan biliklərin mənimsədilməsi, fəal vətəndaş kimi formalaşmasına nail olmaqdır.
    “Odlar Yurdu” Gənclər İB-nin sədri, layihənin müəllifi Nigar Ələsgərova bildirib ki, “Fərdi İnkişaf Akademiyası – 2” layihəsi 2 mərhələdə həyata keçirilib. İlk mərhələdə cari ilin aprel-may aylarında Bakı ( Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti) və Gəncə şəhərində (müxtəlif univeristetlərin gəncləri) ali təhsil müəssisələrində 300 nəfərdən artıq gənci əhatə edən “Komanda işi və Liderlik”, ”Strateji planlama”, “Məqsədin təyin olunması”, “Fərdi İnkişaf ”, “Motivasiya və özgüvən” mövzularında peşəkar təlimçilərin iştirakı ilə təlim və seminarlar keçirilib. İkinci mərhələdə isə respublikanın səfalı güşələrindən olan Masallıda “FİA-2” adlı yay düşərgəsi keçirilib. Düşərgədə gənclər “problemlərə yanaşma və həlli yolları” , “çalışqanlıq və şans”, “təqdimat bacarıqları”, “natiqlik” , “özünü tətqiq və məhsuldarlıq”, “ölkəni tanıt-diaspora fəaliyyəti” və s. mövzuları əhatə edən təlim və müzakirələrdə, müxtəlif intellektual, komanda quruculuğu və idman oyunlarında iştirak ediblər.
    Gənclərin böyük sevgi və rəğbətini qazanan layihənin bağlanış mərasimi keçirilib və gənclər iştirakçı şəhadətnaməsi ilə təltif olunublar.
    Birlikdən verilən məlumata görə eyni adlı layihə (“Fərdi İnkişaf Akademiyası-1) 2015-ci ildə AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gəncə və Qəbələ şəhərlərində də həyata keçirilib. Eyni adlı layihənin davamlı olaraq hər il keçirilməsi planlaşdırılır.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Edu“Fərdi İnkişaf Akademiyası – 2” başlayır.

    “Odlar Yurdu” Gənclər İctimai Birliyi yeni layihəyə başlayır....

    “Gənclər arası Şahmat Çempionatı-Bərdə” layihəsi həyata keçirildi

    Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi, Bərdə rayon Təhsil şöbəsi və "Odlar Yurdu" Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə Gülnar Abışovanın rəhbərliyi ilə fərdi layihə olan Gənclər arası Şahmat...

    “Odlar Yurdu” Gənclər İctimai Birliyi təltif olundu

    “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsinin bağlanış mərasimində respublikanın fəal gənclər təşkilatlarından olan “Odlar Yurdu” Gənclər İctimai Birliyi layihə çərçivəsində fəal iştirakı və verdiyi töhfələrə görə təltif...

    “Gənclərin Məşğulluq probleminin həllində BİR ADDIM” proqramı həyata keçirildi

    Azərbaycan Respublikası Prezidenti Yanında Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi, “Odlar Yurdu” və “Gəncə 2016- Avropa Gənclər Paytaxtı” İctimai Birliklərinin tərəfdaşlığı ilə “Gənclərin Məşğulluq...

    “Gəncə 2016- Avropa Gənclər Paytaxtı Kuboku” keçirildi

    Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan İntellektual Oyunlar Klubu, “Odlar Yurdu” və “Gəncə 2016- Avropa Gənclər Paytaxtı” İctimai Birlikləri, həmçinin...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.