xəbər portalı

    Quru süddən hazırlanmış məhsulların süd məhsulu kimi satılmasına qadağa təklif edilir

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 13-07-2017, 10:10
    Quru süddən hazırlanmış məhsulların süd məhsulu kimi satılmasına qadağa təklif edilirAzərbaycanda quru süddən hazırlanmış məhsulların süd məhsulu kimi satılmasına qadağanın qoyulması, quru və təbii süddən hazırlanmış məhsulların bir-birindən ciddi şəkildə fərqləndirilməsi təklif edilib.

    Milli Məclisin deputatı Musa Quliyev Trend-ə bildirib ki, Gürcüstanda qanunvericliiyə edilən yeni dəyişikliyə əsasən, ölkədə təbii süd tərkibli olmayan məhsulların süd məhsulu kimi, başqa sözlə quru süddən hazırlanmış məhsulların yağ, pendir və s. adı ilə satılmasına qadağa qoyulub.

    Azərbaycanda da belə bir qadağanın qoyulmasını çox vacib sayan M.Quliyev bildirib ki, bu gün ölkədə 70-80 faiz halda süd məhsullarının üzərində onun quru, yaxud təbii süddən hazırlanması barədə məlumat qeyd edilmir.

    Azərbaycanda süd məhsullarının – pendir, süzmə, şor, kəsmik və sair məhsulların keyfiyyətinin xeyli aşağı olduğunu deyən deputat hesab edir ki, qanunvericilikdə bu məsələyə baxılmalıdır: "Prezidentin sərəncamı ilə Nazirlər Kabinetinə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə göstəriş verilib. Hesab edirəm ki, bizdə də bu məsələyə baxılmalı və təbii süddən hazırlanan məhsullarla quru süddən hazırlanan məhsulların arasında ciddi fərq qoyulmalıdır. Məhsulların üzərində mütləq yazılmalıdır ki, o, quru, yaxud təbii süddən hazırlanıb".

    M.Quliyev deyib ki, məhsulun üzərində onun nədən hazırlanması ilə bağlı məlumat görünən yerdə və asanlıqla oxuna biləcək şəkildə yazılmalıdır.

    Deputatın sözlərinə görə, belə bir dəyişiklik olarsa, quru və təbii süddən hazırlanmış məhsulların qiymətlərində və keyfiyyətlərində fərqlər olacaq.

    O əlavə edib ki, qanunvericiliyə belə bir dəyişikliyin edilməsi istehlakçının hüquqlarının qorunmasında çox ciddi addım ola bilər: "Quru süddən hazırlanmış məhsulla təbii süddən hazırlanmış məhsulun keyfiyyəti fərqli olur. Təbii süddən hazırlanan məhsulun tərkibində canlı bakteriyalar var. Onlar 1, uzağı 2 həftəyə xarab olur, hazırlanan kimi də istehlaka getməlidir. Quru süddən hazırlanan məhsul isə demək olar ki, ölü məhsuldur. Belə süd məhsullarına istifadə müddətini 6 ay, 1 il qoyurlar. Təbii ki, belə məhsullar o qədər keyfiyyətli də deyil. Amma buna baxmayaraq, belə məhsullar təbii süddən hazırlanan məhsul adı ilə satılır. Müştərilər müəyyənləşdirə bilmirlər ki, bu, təbii, yoxsa quru süddən hazırlanıb? Quru südü ölkəyə çox ucuz qiymətə gətirib, burada onu təbii süd kimi məhsul hazırlayıb satırlar. Bunun da nəticəsində heyvandarlıq qeyri-rentabellli bir sahəyə çevrilib. Məhsul çeşidlənərsə, onun üzərində nədən hazırlandığı qeyd edilərsə, bu, həm müştəri məmnuniyyətinə xidmət edər, həm də təbii süd istehsalının artması üçün bir stimul ola bilər".скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Dəfn mərasimi üçün çadır kirayəsi bahalaşdı

    Azərbaycanda dəfn mərasimi üçün çadır kirayəsi xidməti bu ilin mart ayında əvvəlki ayla müqayisədə 1% bahalaşıb....

    Cəlilabadın Privolnoye kəndinə ilk dəfə təbii qaz verilib

    Avqustun 4-də Cəlilabad rayonunun Privolnoye kəndinə ilk dəfə təbii qaz verilib....

    Altı ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 8367,5 milyon dollar təşkil edib

    Bu ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 95 ölkəyə məhsul ixrac olunub, 145 ölkədən idxal edilib....

    Keçən il təbii qazı ən çox Rusiya satıb, Almaniya isə alıb

    2015-ci ildə dünyanın ən böyük təbii qaz ixracatçısı 193 milyard kubmetrlə Rusiya olub. Ötən il ən çox təbii qazı isə 104 milyard kubmetrlik həcmlə Almaniya idxal edib....

    Qiymətlərin ucuzlaşması gözlənilir

    Türkiyə-Rusiya münasibətləri gərginləşdiyi dövrdə Azərbaycan tərəfi Rusiyanın əlverişli bazar olmasını əsas gətirərək bu istiqamətdə səylərini yüksəltdi. Hətta istehsal edilən məhsulun çox hissəsi Rusiyaya ixrac edildiyindən,...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.