xəbər portalı

    Müşfiqabadda 2 yerüstü piyada keçidinin inşası yekunlaşır

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 13-07-2017, 09:55
    Müşfiqabadda 2 yerüstü piyada keçidinin inşası yekunlaşırBakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən 23.5-ci və 24.4-cü km-lik hissələrində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədilə inşa edilən 2 yerüstü piyada keçidində son tamamlanma olaraq üzlənmə işləri aparılır.

    "Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, metal konstruksiyalı və orta dayaqlı keçidlər dəmir-beton özül dayaqlar üzərində qurulub. Üstü bağlı olan keçidlərin hər birinin uzunluğu 38 metr təşkil edir.

    Pilləkan hissələr də daxil olmaqla keçidlərin ümumi uzunluğu 55.4 metr, qalereyasının eni isə 3.7 metrdir. Keçidlərin yol səthindən hündürlüyü 5.5 metr təşkil edir.

    Layihə çərçivəsində piyada keçidlərinin inşasına paralel olaraq ətrafında abadlıq və yaşıllaşdırma işlərinin aparılması, avtobus dayanacaqlarının qoyulması və sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələrin yaradılması, həmçinin zəruri yol nişanlarının quraşdırılması da nəzərdə tutulub.

    Metal konstruksiyalı yeni yerüstü piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Novxanı-Pirşağı avtomobil yolunda işlər yekunlaşır

    Abşeron yarımadasının şimal hissəsində, sahil boyu salınan və 12.7 km uzunluğunda olan Novxanı-Pirşağı avtomobil yolundan işlər artıq yekunlaşır....

    Bakıda 11 yerdə piyada keçidi tikilir

    Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdəbir neçə yerdə yerüstü və yeraltı piyada keçidi inşa edilir....

    Bakı-Sumqayıt-Binəqədi yolu çəkilir

    Bakı-Sumqayıt magistralı - Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisinə başlanılıb....

    İlham Əliyev “Sovetski”də

    Xəbər vrtdiyimiz kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 4-də Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub....

    Ağstafa rayonunda 4 körpü inşa edilir

    "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Ağstafa rayonunda 4 avtomobil körpüsü inşa edilir....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.