xəbər portalı

    İsmayıllıda hotel müdiri həbs edildi

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 12-07-2017, 10:34
    İsmayıllıda hotel müdiri həbs edildiİsmayıllıda hotel müdiri həbs edilib.

    Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 7-də İsmayıllı rayonunda fəaliyyət göstərən “Green House” istirahət mərkəzində Emil Adıgözəlov və Gülhüseyn Quliyevin ölümü, Zaur Əliyev və Eltəkin Ömərovun isə xəsarət almaları faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik ekspertizaları təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmişdir.

    İstintaq zamanı istirahət mərkəzində otel müdiri vəzifəsində işləyən Elxan Həsənovun işə vicdansız münasibəti ilə xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək “Elektrik enerjisindən istifadə qaydaları”nın, “İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları”nın və “Elektrik qurğularının quraşdırma qaydaları”nın tələblərini kobud surətdə pozması nəticəsində elektrik açarının izolyasiyasız hisəssindən hovuzda suyun içərisində yerləşən filtr qurğusunun metal qutusu vasitəilə suya keçən elektrik cərəyanının təsirindən iki şəxsin ölümünə və iki şəxsin sağlamlığına xəsarətlər yetirilməsinə səbəb olmaqla səhlənkarlıq etməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilmişdir.

    Elxan Həsənovun əməli Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsinə tövsif edilərək ona qeyd edilən maddə ilə ittiham irəli sürülmüş və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

    Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    “Binəqədidə yanan bina” ilə bağlı yenidən məhkəmə keçiriləcək

    Bu gün Bakı Apelyasiya Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib....

    Nardaran ağsaqqalının ev dustaqlığının müddəti uzadıldı

    Bu gün Səbail Rayon Məhkəməsində Natiq Kərimovla bağlı məhkəmə prosesi keçirilib....

    Xətaidə yanan binaya görə tutulan şəxs təcridxanada öldü

    Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı həbs olunan şəxslərdən biri təcridxanada ölüb....

    Binəqədidə yanan bina üzrə məhkəmə bu gün qərar verəcək

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.