xəbər portalı

    Hərbi attaşelər və xarici KİV nümayəndələri Alxanlı kəndində ermənilərin yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblər

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 6-07-2017, 12:13
    Hərbi attaşelər və xarici KİV nümayəndələri Alxanlı kəndində ermənilərin yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblərAzərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub.

    Trend-in məlumatına görə, hərbi attaşelər və xarici KİV nümayəndələri Füzuli rayonunun Alxanlı kəndində erməni silahlılarının yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblər.

    Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, erməni hərbi birləşmələri hər gün bu kəndi atəşə tutur: "Atəşkəs dövründə 900 şəhid vermişik. ATƏT və beynəlxalq qurumlar buna biganə münasibət bəsləyir. 25 ildir ki ermənilər hər gün cəbhəyanı əraziləri atəşə tutur. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr buna biganə yanaşır. Biz artıq heç bir beynəlxalq quruma inanmırıq. Hərbi attaşelər bunu dünya ictimaiyyətinə çatdırmalıdır".

    Səfər iştirakçıları daha sonra Alxanlı kəndində hadisənin baş verdiyi əraziyə baxış keçiriblər.

    Səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, Amerikanın Səsi, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri, habelə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatı da var.

    Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Brüsseldə Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında növbəti erməni təxribatı ilə əlaqədar aksiya keçiriləcək

    Avropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsinə etiraz əlaməti olaraq, Brüsseldə Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında...

    Le Monde: Azərbaycanlı uşağın ölümü Ermənistanın təcavüzkar siyasətinin nəticəsidir

    "Zəhra adlı azyşalı azərbaycanlı davam edən Dağlıq Qarabağ münaqişəsinin növbəti qurbanına çevrildi. Təxribatları davam etdirən Ermənistan uşağın və onun nənəsinin ölümündə birbaşa məsuliyyət daşıyır"....

    İtalyan siyasətçi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı təcavüzünü pisləyib

    İtaliya parlamentinin Deputatlar Palatasının üzvü Xalid Çauki Ermənistan silahlı qüvvələrinin iyulun 4-də təxribatı nəticəsində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətləri pisləyən bəyanat verib....

    Avropa Parlamentinin üzvləri Ermənistandan mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırmağı tələb ediblər

    Avropa Parlamentinin üzvləri fransalı Rəşidə Dati, sloveniyalı İvo Vayql və latviyalı İveta Qriqule Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat barədə mətbuata açıqlama...

    Ermənistanın təxribatçı əməlləri ilə bağlı 7 maddə üzrə cinayət işi başlandı

    Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.