xəbər portalı

    Xocalıdan bəri dəyişməz qalan erməni vəhşiliyi: fotofakt

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 6-07-2017, 11:44
    Xocalıdan bəri dəyişməz qalan erməni vəhşiliyi: fotofaktÖtən gün Ermənistan silahlı qüvvələrinin Füzulinin Alxanlı kəndini artilleriya atəşinə tutması nəticəsində həlak olan mülki sakinlərin-2 yaşlı Zəhranın və onun nənəsinin meyitlərinin yeni fotoları yayılıb. “Trend” agentliyinin yaydığı fotolara əsasən erməni vəhşiliyinin yeni qurbanları çoxsaylı qəlpə yaraları alıblar.

    Bu kadrlar başda Serj Sərkisyan olmaqla ermənilərin 1992-ci ilin fevralında Xocalıda törətdikləri vəhşilikləri bir daha yada salır. Sərkisyan və onun əli qanlı rejimi o vaxtdan bəri heç dəyişməyib, onlar yenə də təkcə bir səbəbə-azərbaycanlı olduqlarına görə qadınları və körpələri öldürməkdən həzz alırlar.

    Bu qurbanların fotolarının tirajlanması hansı məqsəd güdür? Bir tərəfdən erməni vəhşiliyinə qurban getmiş, heç bir günahı olmayan insanların, 2 yaşlı körpənin meyitinin dəhşətli kadrlarını yaymaq olduqca ağırdır, sarsıdıcıdır. Lakin bu kadrların yayılması təkcə erməni vəhşiliyinin qurbanlarına görə ağlamaq, sızlamaq məqsədi daşımamalıdır. Bu kadrlar azərbaycanlıları qisasa səsləməlidir.



    Elə qisasa ki, ermənilərin sinəsinə bundan daha betər dağ çəkilsin və onlar törətdikləri vəhşiliklərin cavabsız qalacağına arxayınlaşmasın.

    Yoxsa 25 ildir qisası alınmayan Xocalı qətliamı kimi bu vəhşilik də erməniləri ruhlandıracaq, onlar Alxanlıda törətdikləri cinayətə dair fotoların yayılmasından qətiyyən narahat olmayacaqlar, əksinə, yeni günahsız qanlar tökməyə həvəslənəcəklər. Sosial şəbəkələrin erməni seqmentində Alxanlı qurbanlarının cəsədlərinin fotolarının altından yazılan şərhlər bunu göstərir və məlum olur ki, ermənilər, hətta erməni anaları 2 yaşlı Zəhranın sarsıdıcı fotolarından xeyli məmnundur. Onlar tökdükləri qandan ruhlanıblar və yeni qanlar tökməyə çağırırlar.



    Belə vəziyyətdə Azərbaycanın cavabı soyuqqanlı, eyni zamanda olduqca sərt və sarsıdıcı olmalıdır. Elə cavab ki, nəinki Alxanlıya atəş əmrini vermiş və bu əmri həyata keçirmiş erməni işğalçı qüvvələri mənsubları, eləcə də Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşıb bu torpaqları sümürən mülki ermənilər qisasın qiyamətə qalmayacağına əmin olsunlar.

    Azərbaycan silahlı qüvvələri nəinki təmas xətti boyu, eləcə də təmas xəttindən xeyli aralıda erməni hərbi infrastrukturuna, yaşayış məntəqələrinə sərrast zərbələr endirmək imkanındadır. Və bu imkanları tərəddüd etmədən nümayiş etdirmək lazımdır. Hansı ki, Alxanlıda tökülən günahsız qanlardan hiddətlənən ictimaiyyətin də çağırışı, gözləntisi budur.



    Əks halda qurbanların fotolarının tirajlanması ancaq və ancaq onların yaxınlarının əzablarını daha da artırmaqdan başqa heç bir effektə malik olmayacaq. Çünki bu regionda maraqları olan aparıcı beynəlxalq oyunçuları ermənilərin günahsız körpələri, qadınları, qocaları necə öldürdüklərinə dair faktlarla təəcübləndirmək mümkün deyil. Onlara on illərdir kifayət qədər faktlar, dəlillər təqdim olunub, ancaq mövqeləri dəyişməyib...

    Fərhad Məmmədovскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Brüsseldə Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında növbəti erməni təxribatı ilə əlaqədar aksiya keçiriləcək

    Avropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsinə etiraz əlaməti olaraq, Brüsseldə Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında...

    Avropa Parlamentinin üzvləri Ermənistandan mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırmağı tələb ediblər

    Avropa Parlamentinin üzvləri fransalı Rəşidə Dati, sloveniyalı İvo Vayql və latviyalı İveta Qriqule Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat barədə mətbuata açıqlama...

    Ermənilər işğal olunmuş ərazilərdə yanğınlar törədib

    Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində növbəti dəfə yanğınlar törədiblər....

    Ermənilər bütün postlarda gecəgörmə cihazları yerləşdirib, texnikanı gizlədib...

    Ermənistan prezidenti Serj Sərkisyan Sankt-Peterburq görüşündən sonra Qarabağa ona görə gəlmişdi ki, erməni tərəfinin “indiki situasiyada torpaq güzəştə getmək niyyətində olmadığını” göstərsin. Və əgər lazım gələrsə döyüşsün....

    Döyüşlər qızışır, ermənilər təmas xəttindən qaçıb Şuşaya yerləşir

    Azərbaycanla Ermənistan silahlı qüvvələrinin bütün təmas xətti boyu döyüşlər yenidən şiddətlənməkdədir. Bu gün Müdafiə Nazirliyi Azərbaycan ordusunun bir zabitinin və bir əsgərinin düşmənin diversiya həmləsinin qarşısını alarkən...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.