xəbər portalı

    Novxanı-Pirşağı avtomobil yolunda işlər yekunlaşır

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 19-06-2017, 14:58
    Novxanı-Pirşağı avtomobil yolunda işlər yekunlaşır Abşeron yarımadasının şimal hissəsində, sahil boyu salınan və 12.7 km uzunluğunda olan Novxanı-Pirşağı avtomobil yolundan işlər artıq yekunlaşır.

    "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, sahil yolunun inşası zamanı bəzi ərazilərdə mövcud yolun eni böyüdülüb. Belə ki, avtomobil yolunun həm Novxanı, həm də Pirşağı qəsəbələrindən keçən hissəsində yolun eni 3-4 m-dən 9 m-ə qədər genişləndirilib.

    Bəzi ərazilərdə isə yol yeni tras üzrə inşa olunub. Bunun üçün yeni yolun keçdiyi ərazilərə, xüsusən çökəklik sahələrə karbonat materialı tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bundan başqa yol boyu maneələr sökülüb, kommunikasiya xətləri də köçürülüb.

    Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı olan yolun hərəkət hissəsinin eni 7.5 m, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 m-dir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 m enində piyada səkiləri də tikilib, 50 min p/m səki daşı düzülüb. Piyada səkinin hərəkət hissəsində asfaltlanma işləri görülüb.

    Hazırda yolun son 2 km-lik hissəsinin asfaltlanması işləri də bitmək üzrədir. Ümumilikdə isə 3 qat olmaqla 20 sm qalınlığında və 115 min m2 əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

    Tikinti işlərinə uyğun olaraq nəzərdə tutulmuş sayda, daha dəqiqi zəruri olan yerlərə 165 ədəd yol nişanı və 29 ədəd məlumatverici lövhə quraşdırlıb, yolda 5 min m2 üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.

    Azərbaycan prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən, bu il reallaşdırılacaq 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan Novxanı - Pişağı avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılır.

    Qeyd edək ki, yeni avtomobil yolu Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəlişİ təmin edəcək. Bu isə öz növbəsində paytaxt Bakının avtonəqliyyat sıxlığının azalmasına öz müsbət təsirini göstərmiş olacaq.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Cocuq Mərcanlıya gedən yolun yenidən qurulmasına başlandı

    Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisinə start verilib. Hazırda həmin yolda...

    Xətai rayonunda yeni küçə salınır

    Xətai rayonu ərazisindəki Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yol inşa edilir....

    İlham Əliyev Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib (FOTO)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Bakının Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib....

    Bakı-Sumqayıt-Binəqədi yolu çəkilir

    Bakı-Sumqayıt magistralı - Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisinə başlanılıb....

    Abşeron rayonunda avtomobil yolunun bir hissəsi və iki küçə təmir olunub

    "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən "Azəravtoyol" ASC tərəfindən Abşeron rayonunun Hökməli-Qobu-Güzdək avtomobil yolunun bir hissəsi və Masazır...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.