xəbər portalı

    Dövlət Komitəsi xəbərdarlıq etdi: "İlqar İbrahimoğlu qanunsuz əməllərini davam etdirərsə..."

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 19-06-2017, 13:17
    Dövlət Komitəsi xəbərdarlıq etdi: "İlqar İbrahimoğlu qanunsuz əməllərini davam etdirərsə..."Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi İlqar İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi dini icmasının adından tədbir keçirməsi ilə bağlı məsələyə münasibət bildirib. Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov bildirib ki, iyunun 18-də bəzi kütləvi informasiya vasitələrində İlqar İbrahimoğlu adlı şəxsin Ramazan ayının 3-cü Əhya gecəsi ilə bağlı İçərişəhər “Cümə” məscidi dini icmasının adından istifadə edərək tədbir keçirməsi haqqında məlumat yayılıb.

    “Qeyd etmək istərdim ki, İlqar İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi və orada fəaliyyət göstərən dini icma ilə hər hansı hüquqi bağlılığı yoxdur. Hazırda rəsmi dövlət qeydiyyatından keçmiş İçərişəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Surxay Məmmədovdur. İlqar İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi dini icmasının adından sui-istifadə edərək tədbir keçirməsi, bunu mətbuatda işıqlandırması yolverilməzdir, qanunvericiliyə zidd xarakter daşıyır. İlqar İbrahimoğlu bu kimi qeyri-qanuni hərəkətlərini davam etdirərsə, hüquqi məsuliyyət daşıyacaq və Dövlət Komitəsi tərəfindən bununla bağlı hüquqi müstəvidə bütün zəruri addımlar atılacaq” - deyə, o əlavə edib.

    Komitə dindar vətəndaşları məscidlərdən kənar, qeyri-qanuni şəkildə təşkil edilmiş tədbirlərə qatılmamağa çağırır.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Komitə sədri: “Radikal dini qruplar insanları yanlış yola çəkmək istəyirlər”

    “Bəzi radikal dini qruplar dini təhrif edərək, yanlış fomada insanlara çatdırmaqla onları səhv yola çəkmək istəyirlər”....

    Moskva azərbaycanlıları hüquqlarının qorunması xahişi ilə Vladimir Putinə məktub yazıblar

    "Rusiya Müftilər Şurası Moskvada yaşayan azərbaycanlılara paytaxtın Cümə məscidində toplaşmaq hüququ verilməsindən imtina edib"....

    Daha 10 dini icmaya pul verildi

    Dövlət tərəfindən daha 10 dini icmaya maliyyə ayrılıb. Bu gün - sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış icma sədri ilə görüşüb....

    Şeyx dini ayrıseçkilik, Həcc ziyarəti, terror və... Roma Papası haqda

    "Vəhabi təriqətindən, sünni məzhəbindən gəlib Təzəpirdə namaz qılanlar var. Məzhəbindən aslı olmayaraq bu şəxslərin hər hansı məsciddə namaz qılmasına mane törədən şəxslər cəzalandırılacaq. Bütün məscidlərin qapısı müsəlmanlara...

    “Lider TV”nin əməkdaşı İlqar Qulusoy dünyasını dəyişib

    Bu gün «Lider TV»nin müxbiri İlqar Qulusoy ürək tutmasından vəfat edib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.