xəbər portalı

    ƏƏSMN 58 min nəfəri peşə hazırlığı kurslarına cəlb edib

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 19-06-2017, 11:41
    ƏƏSMN 58 min nəfəri peşə hazırlığı kurslarına cəlb edibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 58 min nəfəri peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərinə cəlb edib

    Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Cari ilin 5 ayında ƏƏSMN tərəfindən peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərinə cəlb olunanların sayı 58 032 nəfər təşkil edib.

    Onlardan 1887 nəfəri (o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 1796 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 91 nəfər) üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Elektrik montyoru, mebel quraşdırıcısı, xalçaçılıq, qənnadçı, kompyuter istifadəçisi, dərzi, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, elektrik qaynaqçısı və s. peşələr üzrə təşkil olunan kurslarda ənənəvi peşə təhsili proqramları ilə yanaşı, modul tədris üsullarından da geniş istifadə edilib. Kursları bitirənlərə peşə sertifikatları təqdim olunub.

    Yanvar-may aylarında Dövlət Məşğulluq Xidməti tərəfindən 56 145 nəfər gənc isə peşəyönümü tədbirlərinə cəlb olunub. Gənclərin əmək bazarının tələbləri nəzərə alınmaqla düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə keçirilən tədbirlərdə bir sıra hallarda valideynlərin də iştirakı təmin olunub. Tədbirlər zamanı iştirakçılar əmək bazarında mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə ətraflı məlumatlandırılıb, gənclərə peşəyönümü məsləhətləri verilib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Məşğulluq Mərkəzi: Ötən il Yevlaxda 911 nəfər işlə təmin edilib

    Yevlax rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir....

    Bu ilin 11 ayında 3 560 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

    İşçi qüvvəsinin daim inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən...

    Məktəblilərin peşə təhsilinə marağının artırılması üçün ekskursiyalar təşkil olunub

    Paytaxt məktəblilərinin peşə təhsilinə marağının artırılması məqsədilə ekskursiyalar təşkil olunub....

    Naxçıvan: ilin əvvəlindən bəri 2 min 600-dən çox insan işlə təmin olunub

    Bu ilin 11 ayı ərzində 2 min 607 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə düzəldilib, 277 nəfər haqqıödənilən ictimai işlərə cəlb olunub....

    Naxçıvanda ilin əvvəlindən bəri 2270-dən çox insan işlə təmin olunub

    Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması daim diqqət mərkəzindədir. Cari ilin 10 ayında 2277 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.