xəbər portalı

    Kremlə işləyən Rusiya qəzeti “Artsax” haqda

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 19-06-2017, 11:05
    Kremlə işləyən Rusiya qəzeti “Artsax” haqdaRusiya KİV-lərinin bir qayda olaraq Dağlıq Qarabağdakı erməni separatçılarına informasiya dəstəyi verdiyi məlumdur. Ötən ilin aprel hərbi əməliyyatları zamanı Azərbaycan ictimaiyyəti bunun bir daha şahidi olub. Hansı ki, o cümlədən Kremlə bağlı Rusiya KİV-lərinin reportyor qrupları Dağlıq Qarabağa ezam edilərək baş verənləri birmənalı şəkildə erməni nöqteyi-nəzərindən işqlandırmaqda idi.



    İndi təmas xəttində son günlər Ermənistan ordusunun ciddi itkilər verməsi ilə müşaiyət olunan gərginliklə əlaqədar Rusiya KİV-lərində yenə də eyni xətt müşahidə olunmaqdadır. Sifarişli yazılar dərc etməsi ilə tanınan “Nezavisimaya qazeta” isə deyəsən bir qədər də irəli gedib və Azərbaycanın işğal altındakı ərazilərində baş verənlər barədə məqaləsində “Artsax” ifadəsini işlədib.

    Xatırladaq ki, bir müddət əvvəl Dağlıq Qarabağdakı qondarma erməni rejimi “referendum” keçirərək “Dağlıq Qarabağ respublikasının” adını dəyişdirərək “Artsax” kimi elan etmişdi. İndi “Nezavisimaya qazeta” bu ad dəyişikliyini tanıyaraq Azərbaycan ərazilərinin bir hissəsi barədə uydurma “Artsax” sözünü başlığa çıxarıb və təmas xəttində hökm sürən son gərginliklə bağlı bütünlüklə erməni tərəfin nöqteyi-nəzərini əks etdirən, Azərbaycan tərəfinin mövqeyi barədə bir kəlmə də olsa bəhs edilməyən məqalə dərc edib. “Artsax yenidən müharibə ərəfəsindədir”-qəzetin aşağı keyfiyyətli, jurnalistika və təhlil standartlarından uzaq olan cızma-qarasının başlığı belədir.

    Virtualaz.org qeyd edir ki, “Nezavisimaya qazeta” 1995-2005-ci illər ərzində oliqarx Boris Berezovskinin mülkiyyətində idi. 2005-ci ildə Berezovski qəzeti o vaxtkı iqtisadi inkişaf naziri German Qrefin köməkçisi Konstantin Remçukova satdı. Hazırda Remçukov qəzetin sahibi və baş redaktorudur. Lakin bu, “Nezavisimaya qazeta”nın heç də adından göstərildiyi kimi müstəqil olması mənasını vermir. 2014 və 2015-ci illərdə “Anonimous” hakerlər qrupu “Nezavisimaya qazeta”nın Moskva meriyasının və Rusiya prezidenti Administrasiyasının maraqlarına xidmət edən məqalələr dərc etdiyinə, habelə Remçukovun Prezident Administrasiyasının daxili siyasət İdarəsinin rəhbərinin müavini Timur Prokopenko ilə sıx əməkdaşlığına, təlimatları ondan aldığına dair ifşaedici materialları ələ keçirib yaymışdı.

    Konstantin Remçukov

    Belə görünür ki, rəsmi Bakı Rusiya KİV-lərinin, o cümlədən indiki halda “Nezavisimaya qazeta”nın qondarma “Artsax” adını işlətməsi ilə bağlı qəzetin redaksiyasına, eləcə də Rusiyanın müvafiq dairələrinə öz ciddi etirazını bildirməlidir. Çünki Moskvanın Azərbaycan mediasında Rusiya tematikası ilə bağlı dərc edilən məqalələrə necə həssas yanaşdığı məlumdur. Bu ilin əvvəllərində isə haqqin.az saytı Qərb KİV-lərinin yaydığı, o cümlədən Rusiyanın aparıcı KİV-lərində, TASS agentliyində belə dərc edilən informasiyanı-İŞİD-in bir sıra xarici ölkələrdəki Rusiya səfirliklərinə qarşı terrora əl ata biləcəyi barədə məlumatı dərc etdiyinə görə Rusiya XİN Bakıya nota vermişdi. İndi Azərbaycan tərəfi “Nezavisimaya qazeta” kimi nəşrlərin erməni təbliğatının ruporuna çevrilməsinə niyə göz yummalıdır?

    Fərhad Məmmədovскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Ermənistan ordusunun baş leytenantı təmas xəttində vuruldu

    Ermənistan ordusunun son günlər təmas xəttində verdiyi və ictimaiyyətdən gizlədilən daha bir hərbçi itkisi barədə məlumat yayılıb....

    Polad Bülbüloğlu: “Rusiya Qarabağ münaqişəsinin həlli üçün zəruri bütün vasitələrə malikdir”

    Moskvada Rusiya Federasiyasının Federal Məclisinin həftəlik nəşri olan "Parlamentskaya qazeta"nın ("Парламентская газета") Mətbuat Mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr edilmiş "Rusiya-Azərbaycan...

    İrəvanın `Artsax` oyununun pərdəarxası

    Ermənistanın Azərbaycana qarşı təxribat maşını dayanmaq bilmir....

    Rusiya şirkəti Qarabağın elektrik şəbəkəsini alır

    Rusiyanın “Taşir” şirkətlər qrupu Dağlıq Qarabağın elektrik şəbəkəsini almaq barədə danışıqlar aparır....

    Putinin Qarabağ planının daha bir detalı açıqlandı: Türkiyə də var...

    Ötən gün iyulun 4-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin İrəvanda keçirilən toplantısı zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni tərəfi ilə apardığı danışıqların əsas...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.