xəbər portalı

    Fransada ali təhsil almış Zakir Məmmədov qətl törətməkdə ittiham olunur

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 16-06-2017, 11:49
    Fransada ali təhsil almış Zakir Məmmədov qətl törətməkdə ittiham olunurBakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Zakir Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    prosesə Hakim Eynulla Vəliyev sədrlik edib.

    Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olib ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Zakir Məmmədov Fransada ali təhsil alıb. Məhkəmənin baxış iclası iyunun 20-ə təyin edilib.

    Qətl hadisəsi bu ilin fevralın 5-də baş verib. 64 yaşlı Firudin Hüseynovun meyiti Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb. Məlum olub ki, Firudin Hüseynov həmin ünvanda tanışı Zakir Məmmədovla mübahisə edib. Mübahisə zamanı Zakir Məmmədov Firudin Hüseynovun baş nahiyəsindən küt alətlə vuraraq qətlə yetirib. Qətli törətməkdə təqsirli bilinən Z.Məmmədov həbs edilib.

    İstintaq araşdırması zamanı Zakir Məmmədovum vətəndaşın etibarından sui istifadə edərək dələduzluq əməli törətməsi də müəyyən edilib. O, qətl hadisəsi törətməmişdən əvvəl dələduzluq etdiyi üçün axtarışda olub. Z.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 186-cı ( Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilir.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Arvadını döyə-döyə öldürməkdə ittiham olunan şəxs məhkəmə qarşısında

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən 42 yaşlı Namiq Əkbərzadənin cinayət işi üzrə məhkənin hazırlıq iclası keçirilib....

    Daha bir şirkət rəhbəri məhkəmə qarşısında

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan , "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib....

    Dələduzluqda ittiham olunan şirkət sahibinin məhkəməsi başladı

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən şirkət direktoru Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib....

    Qətl törətməkdə ittiham olunan Firdovsi Mustafayev Rusiyada ələ keçdi

    Azərbaycanda qətl törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutulub....

    Qonşusunu qətlə yetirdi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Kamran Bağırovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.