xəbər portalı

    DGK sədri: "Sınıq Körpü" təkmilləşdiriləcək

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 12-06-2017, 15:14
    DGK sədri: "Sınıq Körpü" təkmilləşdiriləcəkGürcüstan və Azərbaycan Avropa İttifaqının dəstəyi ilə "Sınıq Körpü" gömrük keçid məntəqəsinin təkmilləşdirilməsi üzərində işləyir.

    Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev "Sputnik Georgia" agentliyinə müsahibəsində bildirib.

    A.Əliyev qeyd edib ki, Avropa İttifaqı Gürcüstan ərazisində fitosanitar, baytarlıq və digər nəzarət tədbirləri üçün nəzərdə tutulmuş laboratoriyanın yaradılmasına dəstək verəcək.

    DGK sədri əlavə edib ki, Azərbaycan ərazisində isə iri logistika mərkəzinin yaradılması planlaşdırılır: "Bu tədbirlər də Avropa İttifaqının dəstəyi, lakin Azərbaycan tərəfinin maliyyə imkanları nəzərə alınmaqla həyata keçiriləcək".

    Qurum rəhbərinin sözlərinə görə, layihənin icrasına cari ilin mart ayından etibarən başlanılıb və ilin sonunda başa çatdırılacaq.

    Azərbaycan tərəfi layihəyə 1,3 mln. dollar yatıracaq.(APA)скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Gömrükçülərdən uğurlu əməliyyat

    Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında Gürcüstan istiqamətindən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi...

    “Qırmızı Körpü”də uzun növbə

    Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı Körpü” gömrük-buraxılış məntəqəsində sıxlıq müşahidə olunur....

    Külli miqdarda aksiz markasız siqaretin ölkəyə gətirilməsinin qarşısı alındı

    Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Nazlifan LF7132/2-320" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib....

    Gömrük Komitəsinin sədri inhisarlar barədə

    Gömrük Komitəsi inhisarların yaradılması ilə məşğul olmur....

    Ehtiyat təkərin içərisində gömrük nəzarətindən gizlədilən 62 kiloqram şabalıd aşkar edilib

    Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.