xəbər portalı

    Bakı yaxınlığında daha bir palçıq vulkanı püskürdü

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 12-06-2017, 13:57
    Bakı yaxınlığında daha bir palçıq vulkanı püskürdüBakı şəhərindən 12 km şimalda palçıq vulkanı püskürüb.

    Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, iyun ayının 12-si saat 07 radələrində Keyrəki palçıq vulkanında püskürmə baş verib.

    Vulkanın püskürməsi ümumən 15 dəqiqəyə yaxın olub. Vulkan püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılıb. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metr təşkil edib.

    Keyrəki palçıq vulkanı Bakı şəhərindən 12 km şimalda yerləşir. Qeyd edək ki, püskürmə zamanı yaxınlıqda yerləşən yaşayış məntəqələrinə hər hansı ziyan dəyməyib. Vulkanın yerləşdiyi tektonik çat zonasında fəaliyyətdə olan bir neçə palçıq vulkanı mövcuddur və onların da aktivləşmə ehtimalı artıb.

    Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.

    Qeyd edək ki, Keyrəki palçıq vulkanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun ərazisinə daxildir. Bu günədək vulkan 18 dəfə püskürüb.

    Sonuncu dəfə vulkanın püskürməsi 2014-cü ildə qeydə alınıb.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Sabah da Bakıda yağış, bəzi rayonlarda qar yağacaq

    Aprelin 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir....

    SOCAR: “Güclü küləklə bağlı bütün tədbirlər görülüb”

    Martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin xəbərdarlığından sonra Azərbaycan Dövlət Neft...

    Sabah Bakıda 7 dərəcə isti olacaq

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 21-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı...

    Bakı məktəbində inanılmaz olay

    Bakı şəhəri, Xətai rayonu 48 saylı orta məktəbin ərazisində istinad divarı uçub, ərazidə uçqun baş verib....

    Azərbaycanın bu bölgələrində təhlükə artır

    Ölkə ərazisindəki bəzi sürüşmə zonalarında aktivlik müşahidə olunur....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.