xəbər portalı

    “Mənzillər Prezident Administrasiyası tərəfindən müəyyən edilmiş jurnalistlərə veriləcək”

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 5-06-2017, 13:40
    “Mənzillər Prezident Administrasiyası tərəfindən müəyyən edilmiş jurnalistlərə veriləcək”
    “Jurnalistlər üçün yeni tikilmiş binadakı mənzillər əsasən, Prezident Administrasiyası tərəfindən müəyyənləşdirilmiş şəxslərə təqdim olunacaq”

    Bunu Trend-ə Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
    Keçən dəfə jurnalistlərə mənzillərin verilməsi məsələsinin Mətbuat Şurasına (MŞ) həvalə edildiyini xatırladan Ə.Amaşov bu dəfə işin MŞ, KİVDF və MTRŞ-nın birgə yaratdığı komissiya tərəfindən görüləcəyini söyləyib: “Məncə, keçən dəfə biz bu məsələni layiqincə yerinə yetirdik. Evləri obyektiv bölüşdürdük və heç bir səs-küy də olmadı. Hesab edirəm ki, bu dəfə də elə olacaq. Lakin bu dəfə evlərin sayı çox olduğundan biz belə qərara gəldik ki, yalnız MŞ deyil, KİVDF, MTRŞ da bu işə cəlb edilsin. Artıq 3 qurumun birgə komissiyasını yaratmışıq. Bu komissiya tərəfindən sənədlər qəbul ediləcək”.
    Ə.Amaşov əlavə edib ki, bu dəfə fəaliyyətin daha obyektiv olması üçün redaksiyaların təqdim etdiyi namizədlərin sayının artırılması qərara alınıb: “Məsələn, telekanallara ən çoxu 5 evin verilməsi nəzərdə tutulurdusa, onlar indi 10 namizəd verə bilərlər. Gündəlik qəzetlərdə bu rəqəm 3 idisə, namizədlərin sayı indi 6 ola bilər. Namizədlər verildikdən sonra sənədlər PA-ya təqdim olunacaq. Bu evlər, əsasən, PA tərəfindən müəyyənləşdirilmiş şəxslərə bağışlanacaq”.
    Ə.Amaşov bildirib ki, təqdim ediləcək namizədlərdən konkret neçəsinə evin veriləcəyi hələ bəlli deyil. Bununla bağlı konkret say həddi müəyyənləşdirilməyib. MŞ sədri qeyd edib ki, evlərin verilməsi zamanı say müəyyənləşdirilərkən kollektivin sayı da nəzərə alına bilər: “Agentliyin 6 namizədi olursa, onun təqribən 3-nə ev veriləcək. Ancaq, hələ ki, sayı dəqiq demək olmur. Məsələn, “Azərtac”ın yüzdən çox işçisi var. Çox güman ki, KİV-dəki jurnalistlərin, kollektivin sayı da nəzərə alınacaq”.
    Qeyd edək ki, jurnalistlər üçün yeni tikilən binalarda mənzil almaq üçün televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilər. Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.
    Müvafiq sənədlər 2017-ci il mayın 22-dən iyunun 22-dək Komissiyaya təqdim edilməlidir.
    Komissiya toplanmış sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim edəcək
    ("Azərbaycan24")скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    "Polad Bülbüloğlu UNESCO-nun müsahibəsindən keçib" - Səfir

    "Polad Bülbüloğlunun UNESCO-nun baş direktorluğuna namizədliyi ilə bağlı bütün sənədlər rəsmiləşdirilərək qurumun müvafiq orqanlarına təqdim edilib"....

    İTV-nin baş direktoru vəzifəsinə müsabiqə elan edildi

    Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə...

    Qalib jurnalistlər mükafatlandırıldı

    Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması...

    Mirşahin Ağayev Türkiyədən üzr istədi

    "Fətullah Gülən ANS-in əməkdaşına əlahiddə bir müsahibə verməyib. Bu bir mətbuat konfransı olub ki, ANS-in əməkdaşı da digər jurnalistlərlə birlikdə burada iştirak edib. Lakin müsahibə ilə tanış olan şirkət rəhbərliyi bu mətbuat...

    Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

    İyulun 11-də Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Mətbuat Şurası ilə birgə “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfrans keçirib. Tədbirdə “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.