xəbər portalı

    Azərbaycan OPEC-ə hesabat verdi

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 5-06-2017, 15:30
    Azərbaycan OPEC-ə hesabat verdi
    Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin may ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

    Azərbaycan Energetika Nazirliyindən bildirilib ki, həmin məlumatlara əsasən, cari ilin may ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 785,3 min barrel olub. Bunun 730,3 min barrelini xam neft, 55 min barrelini kondensat təşkil edib. Gündəlik 596,5 min barrel xam neft, 55 min barrel kondensat, 12,2 min barrel isə neft məhsulları ixrac edilib.

    Qeyd edək ki, yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 793,9 min barrel, fevral ayında 776,4 min barrel, mart ayında 733,3 min barrel, aprel ayında isə 781,1 min barrel olub olub.

    Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Neft son il yarımda ilk dəfə 57 dollara qalxdı

    OPEC-ə daxil olmayan hasilatçı ölkələrin ötən həftə gündəlik neft hasilatını 600 min barrelə qədər aşağı salmaq barədə razılaşması neftin qiymətində sıçrayışa səbəb olub....

    Rusiya hökuməti ölkədəki neft şirkətləri tərəfindən hasilatı azaltmaq barədə sərəncam verməyəcək

    Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatını azaltmaq barədə qərarına dəstək verən Rusiya ölkədəki neft şirkətləri tərəfindən hasilatı azaltmaq barədə sərəncam verməyəcək....

    Yaxın günlərdə neftin qiyməti 60 dolları keçə bilər

    Yaxın bir həftə ərzində dünya bazarında neftin qiyməti 60 dollar/barel həddini ötə bilər....

    OPEC 8 ildən sonra neft hasilatını azaltmağa nail ola biləcəkmi?

    Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr son iki ildə rekord səviyyədə ucuzlaşan neftin qiymətini yüksəltmək üçün müzakirə etdikləri neft istehsalını məhdudlaşdırmaq məsələsində İranın etirazını bu ölkəyə imtiyaz...

    İraqın gündəlik neft ixracı 3,2 milyon barrelə çatıb

    İraqın neft ixracı gündəlik 25 min barrel artaraq 3 milyon 200 min barrelə çatıb....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.