xəbər portalı

    Səudiyyə Ərəbistanı Həcc ziyarətinə gedəcək zəvvarlara xəbərdarlıq edib

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 5-06-2017, 15:00
    Səudiyyə Ərəbistanı Həcc ziyarətinə gedəcək zəvvarlara xəbərdarlıq edib
    Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə gedəcək zəvvarlara xəbərdarlıq edib.

    Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya bildirilib ki, bu barədə sənədlərin qəbulu zamanı Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin təqdim etdiyi və zəvvarların imzaladığı müqavilənin xüsusi müddəa bölümündə qeyd olunub. Müddəada göstərilib ki, narkotik vasitələrin, spirtli içkilərin və təbliğat xarakterli ədəbiyyatların Səudiyyə Ərəbistanına aparılması qəti qadağandır. Ölkəyə narkotik aparanlar ölüm hökmü (edam) cəzasına məhkum edilir.
    Müqavilədə o da qeyd olunur ki, buna görə təşkilatçı (QMİ) məsuliyyət daşımır. Bütün məsuliyyət zəvvarın öz üzərinə düşür.
    Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də, növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək.
    Builki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb və artıq başa çatıb. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız QMİ-dir.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Həcc ziyarətində qurbanlıq qoyunların və digər əlavə ehtiyacların qiyməti artıb

    Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarət zamanı əlavə ehtiyaclar üçün də qiymətlərin bahalaşdığı elan olunub....

    Həcc ziyarətinə gediş və dönüş tarixləri açıqlandı

    Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də yola düşəcək....

    Həccə gedəcək zəvvarlara vizaların verilməsi ləngiyir

    Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlara Səudiyyə Ərəbistanı Krallığı tərəfindən vizaların verilməsi ləngidilir....

    Azərbaycandan bu il Həccə gedəcək zəvvarlar üçün ayrılan ucuz yerlər dolub

    Azərbaycandan bu il Həccə gedəcək zəvvarlar üçün ayrılan ucuz yerlər dolub....

    Həccə gedənlərə elektron qolbaq veriləcək

    Səudiyyə Ərəbistanı hökuməti Həcc mərasimini yerinə yetirmək üçün bu il Məkkə şəhərinə gələnləri elektron qolbaqla təchiz edəcək....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.