xəbər portalı

    Sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslər birləşdirilir

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 5-06-2017, 15:15
    Sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslər birləşdirilirBakının inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, təşəbbüsü ilə başladılan birləşmə prosesi daşıyıcıların istəyinə əsasən həyata keçirilir. Məqsəd müntəzəm marşrut xətlərinin müvəqqəti istismarı ilə məşğul olan daşıyıcıların sayının azaldılması yolu ilə bu sahədə nəzarət mexanizminin gücləndirilməsi və operativliyin artırılmasıdır.

    Birləşmə prosesi çərçivəsində ilkin olaraq 105 (Qara Qarayev pr. - Balaxanı qəs.), 146 (Yeni Suraxanı qəs. - Şüvəlan qəs.), 204 (“Koroğlu” metro stansiyası - Yeni Suraxanı qəs.), 213 (“Qara Qarayev” metro stansiyası - Suraxanı qəs.), 216 (“Koroğlu” metro stansiyası - Yeni Suraxanı qəs.) nömrəli marşrut xətinin müvəqqəti istismarını həyata keçirən 5 fiziki şəxs maddi-texniki bazalarının qənaətbəxş səviyyədə olmaması səbəbindən birləşərək vahid daşıyıcı "6 Dost" MMC adı altında fəaliyyət göstərəcək. Sərnişindaşıma sahəsində göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə təsis edilən “6 Dost” MMC - müvafiq maddi-texniki baza ilə, avtonəqliyyat vasitələri ilə, “D” kateqoriyalı sürücü heyəti ilə təmin edilib.

    Qeyd edək ki, Bakı şəhəri üzrə marşrut sxemləri və hərəkət qrafiklərinin optimallaşdırılması işləri çərçivəsində hazırkı vəziyyətdə daşıyıcıların maddi-texniki bazaları təhlil olunmaqla onların da birləşdirilməsi prosesi davam etdiriləcək.

    Məlumat üçün onu da bildirək ki, daşıyıcılar qarşısında istehsalat bazalarının yenilənməsi ilə bağlı qoyulan tələb də yerinə yetirilməkdədir. Artıq 10 marşrut xəttinin istismarını həyata keçirən “Çinar-Trans” MMC və 5 marşrut xəttinin istismarını həyata keçirən bir fiziki şəxs yeni müasir standartlara uyğun istehsalat bazasında fəaliyyət göstərməkdədir.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Bu marşrut xətləri bərpa olundu

    Bakının Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanınadək olan hissəsində aparılan təmir işləri yekunlaşdığından artıq həmin yoldan keçən 6 və 65 nömrəli marşrut xətləri üzrə avtobuslar əvvəldən müəyyən...

    123 saylı marşrutun hərəkət istiqaməti dəyişdi

    123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi sabahdan etibarən müvəqqəti olaraq qismən dəyişdiriləcək....

    Bakıda daha 17 dayanacaq quraşdırılacaq

    Bakıda daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilərək nişanlaşdırılıb....

    Dayanacaqlarda xüsusi lövhələr quraşdırılacaq

    Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın avtobus dayanacaqlarında xüsusi məlumat lövhələri quraşdırılacaq....

    Bakıda avtobus dispetçerlərinə ehtiyac qalmayacaq

    "Bakıda hər bir marşrut xətt üçün nəzərdə tutulan dispetçer xidməti ləğv olunacaq"....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.