xəbər portalı

    Bakı Amerika Mərkəzinin 10 illiyi qeyd edilib – Fotolar

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 5-06-2017, 11:35
    Bakı Amerika Mərkəzinin 10 illiyi qeyd edilib – Fotolar
    Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzinin fəaliyyətinin 10-cu ildönümümü ilə bağlı universitetin həyətində tədbir keçirilib.

    Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən AzVision.az -a daxil olan məlumata görə, tədbir çərçivəsində qısa çıxışlar olub, Bakı Amerika Mərkəzinin son on il ərzində həyata keçirdiyi fəaliyyətlərini əks etdirən fotoşəkillər nümayiş edilib, “Maker Space” (Yaradıcılıq Məkanı) fəaliyyətləri nümayiş olunub, qonaqlara dadlı təamlar təklif edilib və tədbirdə tanınmış musiqiçi Elçin Şirinovun qrupu çıxış ediblər. Tədbirə, Mərkəzin xidmətlərindən uzun müddət istifadə etmiş əsasən tələbələr, müəllimlər və təhsil işçiləri dəvət olunublar. Eyni zamanda tədbir zamanı ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunmuş inşa müsabiqəsinin qaliblərinə Səfir tərəfindən mükafatlar da təqdim olunub.

    Bu tədbir, ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunmuş fəaliyyətlər çərçivəsində baş tutub.

    Bakı Amerika Mərkəzi, Amerika mədəniyyəti, dəyərləri və ABŞ-ın təhsil sistemi haqqında informasiyanın daha geniş auditoriyaya çatdırılması baxımından Səfirliyin həyata keçirdiyi ən səmərəli proqramlarından biridir. Bu Mərkəz, məktəb şagirdlərini, tələbələri, ABŞ-da təhsil almış məzunları, təhsil işçilərini, ingilis dili müəllimlərini və mədəniyyət sahəsində çalışanları bir araya gətirir. Fəaliyyət göstərdiyi 10 il ərzində Bakı Amerika Mərkəzi 5,000-dən çox tədbir təşkil etmiş, 250,000-dən çox iştirakçını qəbul etmiş və 500 stajçı və könüllünün bilik və bacarıqlarının inkişaf etməsinə kömək göstərib.

    Bütün bu illər ərzində Bakı Amerika Mərkəzinə ev sahibliyi etmiş Azərbaycan Dillər Universiteti ilə ABŞ Səfirliyi arasında həyata keçirilən əməkdaşlığın əhəmiyyətini daha da möhkəmləndirmək baxımından 10-cu ildönümünün qeyd olunması çox vacib məqamdır. Fəaliyyətinə yalnız bir kitabxana otağı ilə başlamış Bakı Amerika Mərkəzində bu gün təlim otaqları, Uşaq Guşəsi və uşaqlara, gənclərə elm, texnologiya, mühəndislik və riyaziyyat üzrə proqramları öyrənmək imkanı yaradan, bu yaxınlarda yaradılmış “Maker Space” (Yaradıcılıq Məkanı) fəaliyyət göstərir.

    Tədbirdə iştirak etmək, uğur hekayələri, Mərkəz və Mərkəzin innovativ proqramlarında, xüsusilə peşəkar inkişaf üçün resurs rolunu oynayan “Maker Space” (Yaradıcılıq Məkanı) və ingilis dili proqramlarında iştirak etməklə əldə etdikləri nailiyyətlər barəsində məlumat vermək üçün Bakı Amerika Mərkəzi keçmiş əməkdaşlarını və fəal istifadəçiləri də dəvət edib.
    Bakı Amerika Mərkəzi, Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəhbəri və hazırda Vaşinqton DC-də Beynəlxalq İnformasiya Proqramları (BİP) Koordinatorunun müavini vəzifəsini icra edən Conatan Henik və Azərbaycan Dillər Universitetinin keçmiş rektoru, professor Səməd Seyidovun dəstəyi ilə 2007-ci ildə fəaliyyətə başlanılıb. Tədbirdə cənab Henikin əvvəlcədən yazılmış video müraciəti də təqdim olunub.

    Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Bakı Amerika Mərkəzi haqqında ətraflı məlumatı https://www.facebook.com/americancenterbaku/ Facebook səhifəsindən və yaxud 488 3300 (daxili 3617) telefon nömrəsinə zəng etməklə ABŞ Səfirliyinin İnformasiya Mərkəzindən əldə edə bilərsiniz.Bakı Amerika Mərkəzinin 10 illiyi qeyd edilib – FotolarBakı Amerika Mərkəzinin 10 illiyi qeyd edilib – FotolarBakı Amerika Mərkəzinin 10 illiyi qeyd edilib – FotolarBakı Amerika Mərkəzinin 10 illiyi qeyd edilib – Fotolar
    Bakı Amerika Mərkəzinin 10 illiyi qeyd edilib – Fotolar




    скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Kapital Bank Amerika Banklar Assosiasiyasına üzv oldu

    Kapital Bank beynəlxalq əməkdaşlıq çərçivəsində Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib. Qeyd edək ki, MDB ölkələri arasında Kapital Bank və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür....

    Hyuston şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü qeyd edilib

    ABŞ-ın Hyuston şəhərinin Meriyasında Azərbaycan Mədəniyyət Mərkəzi və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil olunub....

    Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd edilib

    Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyini və Türkiyə Cümhuriyyətinin 93-cü ildönümünü qeyd ediblər....

    ADİU dünyanın tanınmış universitetləri ilə anlaşma memorandumları imzalayıb

    Koreya Respublikasının Pusan şəhərində Dünya Təhsil Liderlərinin IV Forumu keçirilib. “Xarakter təhsilinin bu günü və gələcəyi” mövzusunda təşkil olunan forumda Avropa, Asiya, Mərkəzi Amerika və Afrikanın 23 ölkəsindən 51...

    Bakı Slavyan Universitetində 880 tələbə məzun olub

    Bakı Slavyan Universitetində (BSU) “Məzun günü” keçirilib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.