xəbər portalı

    Bakı Ali Neft Məktəbinin komandasının “Microsoft Imagine Cup” yarışında uğuru

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 5-06-2017, 11:25
    Bakı Ali Neft Məktəbinin komandasının “Microsoft Imagine Cup” yarışında uğuru
    Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrdən ibarət «Neftçi» komandası Kiyevdə (Ukrayna) keçirilən “Microsoft Imagine Cup 2017” beynəlxalq texnologiya müsabiqəsinin regional mərhələsində 2-ci yeri qazanıb.

    BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Neftçi” komandasının tərkibində çıxış edən BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Kərim Kərimov, Şamil Ömərov və Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Lalə Məmmədova “Microsoft Imagine Cup 2017” üçün JABDA musiqi manipulyatoru sistemini hazırlayıblar. Bu innovativ proqramdan bir sıra sahələrdə faydalanmaq olar. JABDA-ın köməyi ilə bu sistemin quraşdırıldığı yerlərdə istifadəçilər tətbiqetməni yükləyərək, öz telefonlarından istədiyi mahnıları olduqları məkanın hazırki musiqi siyahısına sala və ya digər mövcud mahnıya səs verərək onu siyahıda irəli çəkə bilərlər.

    “Microsoft Imagine Cup 2017” münsiflər heyətinin üzvü Oleq Kudrenkonun sözlərinə görə, layihə böyük perspektivlər vəd edir. “Əgər layihə üzərində bir az daha işlənilsə, onun üçün böyük dünya bazarı açılacaq”, - O.Kudrenko dedi.

    “Microsoft Imagine Cup 2017” beynəlxalq müsabiqəsinin regional mərhələsində Azərbaycan, Qazaxıstan, Gürcüstan, Ukrayna, Estoniya, Belarus və Litvanın 9 komanda üzrə təmsilçiləri iştirak ediblər. Üçüncü yerin qalibi Gürcüstan komandası olub. Son ümumdünya finalına vəsiqəni isə Belarus komandası qazanıb. “Microsoft Imagine Cup 2017” yarışının finalı bu ilin iyul ayında Sietlda (ABŞ) keçiriləcək. Bu mərhələdə iştirakçılar müsabiqənin əsas mükafatı - layihələrin inkişafı üçün 100 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edə biləcək.

    Məlumat üçün bildiririk ki, qalib Belarus komandası serebral iflicli uşaqlar üçün SCRAWLLESS adlı riyazi veb-portal hazırlayıb. Dünyada analoqu olmayan platformanın köməyi ilə, uşaqlar nəhayət ki, müstəqil olaraq riyaziyyatdan ev tapşırıqlarını yerinə yetirə biləcəklər. Bu proqram vasitəsi ilə uşaqlar müxtəlif həndəsi fiqurları çəkməyi və saymağı öyrənə bilirlər. Sayt artıq 100 uşaq arasında sınaqdan keçirilib.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    ISESCO-nun baş direktoru Bakı Ali Neft Məktəbində olub

    İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) prezidenti Əbdüləziz bin Osman əl-Tüveycri Bakı Ali Neft Məktəbinin (BANM) yeni açılan kampusunun qonağı...

    “Microsoft” şirkəti yeni əməliyyat sistemini təqdim edib

    “Microsoft” şirkəti yeni “Windows 10 S” əməliyyat sistemini rəsmən təqdim edib. Proqram platforması ucuz kompüterlərdə istifadə üçün nəzərdə tutulub və “Google Chromebook” noutbuklarına rəqibdir....

    "Microsoft" Bakıda texniki rəhbərlər və İT-direktorlar üçün seminar təşkil edib (FOTO)

    “Microsoft Azərbaycan” şirkəti Bakıda İT departament direktorları və texniki rəhbərlər üçün “Microsoft-un təhlükəsiz bulud platforması” mövzusunda seminar təşkil edib....

    Bakıda Ümumdünya Şahmat Olimpiadası başa çatdı

    Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib....

    “Microsoft” süni intellektin mənbə kodunu hamı üçün əlçatan edəcək

    “Microsoft” korporasiyası süni intellektin sınaqdan keçirilməsi üçün nəzərdə tutulmuş “AIX” (“Project AIX”) platformasının mənbə kodunu açmağa dair qərar verib. İndiyədək “AIX” platforması bir sıra institutlarda qapalı beta-test...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.