xəbər portalı

    Heydər Əliyev Fondu uşaqları növbəti dəfə sevindirdi

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 4-06-2017, 20:30
    Heydər Əliyev Fondu uşaqları növbəti dəfə sevindirdi
    İyunun 4-də sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin sakinləri IDEA Heyvanlara Qayğı Mərkəzində olublar.

    Parol.az "azərtac"-a xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

    Tədbirdə uşaqlar ev heyvanları üçün yaradılan şəraitlə və IDEA Heyvanlara Qayğı Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Uşaqlar üçün müxtəlif əyləncəli proqramlar və nahar təşkil edilib, Heydər Əliyev Fondu adından onlara hədiyyələr verilib.

    IDEA İctimai Birliyinin “Azərbaycan. Ceyranların xilası” sənədli filminin uşaqlar üçün surdotərcümə ilə nümayişi olub. Filmin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi təşkil edilib.

    Tədbirin məqsədi uşaqların maraqlı və əyləncəli gün keçirmələri ilə yanaşı, onlara erkən yaşlarından təbiətimizə, onun sərvətlərinə qayğının, eləcə də ev heyvanlarına rəğbətin və humanist yanaşmanın aşılanmasından ibarətdir.

    Qeyd edək ki, gənclərin ekoloji məsələlərə cəlb edilmələri və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-də fəaliyyətə başlayıb.
    Heydər Əliyev Fondu uşaqları növbəti dəfə sevindirdi
    Heydər Əliyev Fondu uşaqları növbəti dəfə sevindirdi
    Heydər Əliyev Fondu uşaqları növbəti dəfə sevindirdiскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Leyla Əliyeva onları sevindirdi - FOTOLAR

    Heydər Əliyev Fondu Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə növbəti görüş təşkil edib....

    Leyla Əliyeva İsmayıllı rayonunda Şahdağ Milli Parkında olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsmayıllı rayonunda Şahdağ Milli Parkında olub....

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rəssamlıq Akademiyasında və Milli Onkologiya Mərkəzində olub`

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 22-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olub....

    Məktəblilər üçün “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil edilib

    IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə...

    Uşaqlar tullantılardan incəsənət nümunələri hazırlayıblar

    IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 6-11 yaşlı uşaqlar üçün tullantılar və onların təkrar istifadəsinə dair növbəti təlim təşkil olunub....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.