xəbər portalı

    Qarabağ düzənliyində kəşfiyyat-qazıntı işlərinə başlanılıb

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 4-06-2017, 09:40
    Qarabağ düzənliyində kəşfiyyat-qazıntı işlərinə başlanılıb
    AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyası tərəfindən Qarabağ düzənliyində və yeni qeydiyyata alınmış neolit və eneolit dövrü abidələrində kəşfiyyat-qazıntı işlərinə başlanılıb.
    Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov bildirib ki, arxeoloji kəşfiyyat işləri əsasən Bərdə, Yevlax və Tərtər rayonları ərazisində aparılır. Sözügedən rayonlarda 26 marşrut üzrə 200-dən çox obyektin yoxlanıldığını deyən alim bildirib ki, tədqiqatlar zamanı müxtəlif dövrlərə aid onlarla yaşayış yeri və kurqanlar aşkar edilərək qeydiyyata alınıb.
    Bundan əlavə, Bərdə rayonu ərazisində yerləşən Koramaltəpə, Buruqtəpə, Yastıtəpə, Soğanverdilər və Piyadalar kimi qədim yaşayış yerlərində topoqrafiq ölçmə işləri aparılıb, onların mədəni təbəqə yatımının qalınlığının və stratiqrafiyasının müəyyənləşdirilməsi üçün arxeoloji kəşfiyyat qazıntıları icra edilib. Aparılmış kəşfiyyat qazıntılarının nəticələri Qarabağın əkinçi-maldar əhaliyə məxsus yaşayış yerlərinin xronoloji, təsərrüfat və mədəni mənsubiyyətinə görə bölgüsünün öyrənilməsinə və bölgədə neolit dövrü abidələrinin aşkar edilməsinə yardımçı olacaq.
    Eyni zamanda, ekspedisiya tərəfindən gələcəkdə Xaçınçay-Tərtərçay hövzəsində yerləşən neolit dövrü abidələrində geniş miqyaslı arxeoloji qazıntıların aparılması planlaşdırılır.
    Qeyd edək ki, 2014-cü ildə ekspedisiya tərəfindən Bərdə rayonu ərazisindəki Xaçınçay hövzəsinin Əmirli və Xanərəb kəndləri arasında yerləşən qədim yatağı boyunca arxeoloji kəşfiyyat işləri aparılıb, 10 neolit və Leylatəpə mədəniyyətinə (eneolit dövrünə) aid yaşayış yeri aşkar edilərək qeydiyyata alınıb. Bu tədqiqatlar erkən əkinçi-maldar tayfaların Qarabağ ərazisində məskunlaşma arealının şimalda Xaçınçayla hüdudlanmadığını sübut edib.
    ("Trend")скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Xarici Kəşfiyyat Xidmətinin emblemi təsdiqlənib – FOTO

    Prezident İlham Əliyev "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında” fərman imzalayıb....

    Ermənilər Şuşanın Gövhər Ağa Məscidində qazıntı işləri aparırlar

    İşğal altında olan Şuşa şəhərinin Yuxarı Məscidində qazıntı və təmizləmə işlərinə başlanılıb....

    Türkiyə kəşfiyyat peykini buraxır

    Türkiyənin "Göktürk-1" kəşfiyyat peyki dekabrın 5-də Fransa Qvianasının Quru kosmodromundan buraxılacaq....

    “Qarabağ: tarix və irs” mövzusunda elmi konfrans başa çatıb

    Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İslam Əməkdaşlıq Təşkilatının İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə keçirilən...

    Orta əsr Şəmkir qalasında bərpa işləri aparılır

    Qədim Şəmkir şəhərinin sirləri açılır. Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun “Şəmkir ekspedisiyası”nın tədqiqatları belə deməyə əsas verir. Qalanın ərazisində bərpa işlərinin aparılması isə tarixi...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.