xəbər portalı

    Ramil Usubov idmançı polisləri mükafatlandırıb

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 3-06-2017, 18:10
    Ramil Usubov idmançı polisləri mükafatlandırıb
    İyunun 3-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov IV İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edərək yüksək mükafatlar qazanan polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin yetirmələri ilə görüşüb.
    DİN-in mətbuat xidmətindən bildiriblər ki, Ramil Usubov xalqımızın ümummilli lideri Heydər Əliyevin idmanı dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini, ölkə gənclərinə, idmançılara daim yüksək diqqət və qayğı göstərdiyini qeyd edib. Nazir bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirərək nəticədə Azərbaycan idmançılarının dünyanın ən güclüləri sırasında yer aldığını, ölkəmizin beynəlxalq aləmdə idman dövləti kimi tanındığını diqqətə çatdırıb.
    Qeyd olunub ki, on gün davam edən İslamiada bütövlükdə ölkəmiz üçün olduqca uğurlu keçib. İdmançılarımız bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci olmaqla böyük tarixi qələbəyə imza ataraq xalqımıza sevinc bəxş ediblər.
    Nazir R.Usubov bu beynəlxalq əhəmiyyətli tədbir ərəfəsində və keçirildiyi müddətdə dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində böyük bir fəaliyyətin ortaya qoyulduğunu, İslamiadanın Azərbaycan tarixinə möhtəşəm idman bayramlarından biri kimi düşdüyünü vurğulayıb, tədbir zamanı asayişin və təhlükəsizliyin etibarlı qorunduğunu məmnunluqla qeyd edib.
    Sonra Azərbaycan milli komandasının tərkibində ümumilikdə 9 qızıl, 3 gümüş və 1 bürünc medal əldə edən, bununla da ölkəmizin birincilik qazanmasına öz layiqli töhfələrini verən əməkdaşların mükafatlandırılması barədə daxili işlər nazirinin müvafiq əmri elan olunub.
    Qaliblərə növbədənkənar hərbi rütbə, DİN-in Fəxri fərmanları, “Xidmətdə fərqləndiklərinə görə” və “Əla xidmətlərinə görə” döş nişanları təqdim edilib.
    Oyunların gümüş medalçısı, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis serjantı Tural Əliyev qalib idmançılar adından çıxış edərək onlara yaradılan şəraitə, göstərilən ali diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib, idmanımızın şöhrətinin bundan sonra da uca tutulması, bayrağımızın daim zirvələrdə dalğalanması üçün var qüvvələri ilə çalışacaqlarına söz verib.
    İdmançıları, məşqçiləri, idman mütəxəssislərini “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında əldə etdikləri parlaq qələbə münasibətilə bir daha təbrik edən general-polkovnik Ramil Usubov onlara yeni, daha böyük uğurlar arzulayıb. Nazir əmin olduğunu bildirib ki, əməkdaşlarımız ölkə idmanının şərəfinin uca tutulması, göstərilən etimadın doğruldulması üçün bundan sonra da səylərini əsirgəməyəcəklər.скачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Prezident idmançılarla görüşdü

    Azərbaycan IV İslam Həmrəylik Oyunlarını təşkil etməklə daha bir tarix yazdı....

    İslamiada başa çatdı - Azərbaycan birincidir

    "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları başa çatıb....

    Ramil Usubov 9 May - Qələbə Günü münasibətilə polis veteranlarını təltif edib

    Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb....

    Ramil Usubov Türkiyənin daxili işlər nazirinə zəng elədi

    Azərbaycanın daxili işlər naziri Ramil Usubov türkiyəli həmkarı Efkan Alaya zəng edib....

    Ramil Usubov Emin Şəkinskinin yerinə yeni rəis təyin etdi

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinə yeni rəis təyin edilib....

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Müəllif: Hasankhani Vipmarket 2016 il.