xəbər portalı

    İmişli rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilmişdir

    Bölmə: Cəmiyyət Dərc olunan tarixi: 2-06-2017, 15:00
    İmişli rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilmişdir
    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən, 2 iyun 2017-ci il tarixdə İmişli Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilmişdir. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər.
    Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ordu quruculuğu sahəsində görülmüş işlərdən danışmışdır.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında Xidmət tərəfindən gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilmiş işlər barədə məlumat vermişdir.
    Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev bildirmişdir ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı müharibə yolu ilə azad etməyə qadirdir və bunu ötən ilin aprel ayında təmas xəttində baş vermiş döyüşlərdə sübut etmişdir.
    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli sabahın əsgəri olacaq gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi cəmiyyətin qarşısında duran prioritet məsələlərdən biri olduğunu qeyd etmişdir.
    Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və İmişli rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişlər.
    İmişli rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilmişdir
    İmişli rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilmişdir
    İmişli rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilmişdir
    İmişli rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilmişdir
    İmişli rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilmişdirскачать dle 10.3Скачать игры для Android
    Şərh yaz
    Fikirlərinizi düzgün və müfəssəl ifadə edin

    Введите код:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə



    Zərdab rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilmişdir

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq...

    Gəncə şəhərində “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq...

    Suraxanı rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq...

    Abşeron rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq...

    Nəsimi rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq...

Xəbər lenti
Оцените работу движка

image
image
image
image
Sayt haqqında

Parol.az
Açar sözləri

новости, по, шаблоны

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Müəllif: Hasankhani Vipmarket 2016 il.